Qırx bir il öncə 19 yaşlarındaykən (İran tarixi 1356-57 və miladi tarix olaraq 1977-78 lərdə) əsgər muəllim (öyrətmən yurdər) olaraq Babək qalasının çox yaxınlığında yerləşən Kəleybər şəhərinin Ziryan (Zərihan) kəndinə atandım,təyin edildim
Azərbaycan düşmənləri qarşısında göstərdiyi olağan üstü dirəniş və muqavimətlərindən dolayı ulusal qəhrəmana çevrilmiş Babək qalasının ətəyində və qonşuluğunda yaşayaraq Azərbaycan Türk millətinə xidmət və hizmət vərmək mənə qismət olduğu üçün özümü şanslı görərək çox sevinirdim
Elli (50) evli Ziryan kəndinin oxulunun (Mədrəsəsinin) 5 kilasının təkcə muəllimi və müdürü məniydim, o kənddə çoxlu dəyərli və yararlı öyrənciləri doğru düzgün tərbiyə edərək eyitmək və yetişdirmək mənə nəsib oldu və illər sonra eşiddiklərim və 1974-75 Təbriz (İran parlamenti) 5.ci dövrə Məclis seçgilərində mənə yardım etməyə gələrək yaxından gördüklərimə əsasən öyrəncilərimdən yüksək lisans və mühəndis olduqlarını və hətta doktora oxuduqlarını anladım və dərindən mutlu olaraq qururlandım
Elli (50) evli Ziryan kəndinin oxulunun (Mədrəsəsinin) 5 kilasının təkcə muəllimi və müdürü məniydim, o kənddə çoxlu dəyərli və yararlı öyrənciləri doğru düzgün tərbiyə edərək eyitmək və yetişdirmək mənə nəsib oldu
Babək atanın, onun dirəndiyi möhtəşəm qalasının, Ziryan kəndi ve onun maddi açıdan yoxsul ama çox səmimi, sadiq və şərəfli əhalisi və gənəlliklə mühit və ortamın Azərbaycan Türk mədəniyyət və kültürü açısından bikr, sömürülməmiş və Fars şövinistlərinin negativ asimilasyonuna məruz qalmaması mənə olağanüstü ruh və güc verərək məzlum millətimizə xidmət edərək hizmət verməyə təşviq edərək yön
Kəleybər Bizlərə əsgər müəllim olaraq kənddə və oxulda Fars dilində tədris və danışmaq icbari olmasına rağmən mənim xidmət sürəcimdə küllən və tamamən bu istemar və istismar yasasını saymazdan gələrək, dərs vermə və ilgi-ilişgi dili gözəl Türkcəmizlə olunurdu
Oxulda Fars dilindən yalnız və yalnız dərs kitabları üzünün oxunmasında və bəzi yazılı sınavlarda istifadə olunurdu ve bütün dərslərin tozihləri,
açıqlamaları və hətta çoxlu sınav və imtahanlarda gözəlim Türkcemizdən yararlanırdıq
***
Doqtor Mahmutali Çehreganlının “Türk Elləri Bizim Ellər” poemasından bir neçe dördlük
Bölük bölük parçalanan
Yabancını qardaş sanan
Düşmənləri haqqın danan
Türk elləri bizim ellər
***
El oğlunun könlü yara
Bilməm mərdlik gedib hara
Ona görə günün qara
Türk elləri bizim ellər
***
Aynaya bax telin dara
Xəsmin olsun yüzü qara
Gör gəlmişik hardan hara
Türk elləri bizim ellər
***
Birinci Bölümün sonu