BABƏK QALASI QURULTAYLARI / Doqtor Mahmutali Çehreganlı-İkinci Bölüm (2)

BABƏK QALASI QURULTAYLARI / Doqtor Mahmutali Çehreganlı-İkinci Bölüm (2)
BABƏK QALASI QURULTAYLARI / İkinci Bölüm (2) Doqtor Mahmutali Çehreganlı-İkinci Bölüm (2)

Aylar geçdi və 1978-də İslami devrimin şah pəhləvi rejimini devirməsiylə birlikdə mənimdə 2 ilə yaxın əsgər müəllimlik xidmətim sona ərdi və mən ibtidayi müəllimi olaraq doğum yerim məşhur Güney mahalı Şebistər ve Təsuc Çehrəqan bölgəsinə getmək məcburiyyətində qalaraq, Ziryandan ve Babək Atann dirəniş qalasından müvəqqət olaraq ayrıldıq

Təbii ki bu ayrılıq geçici olaraq fiziksəl bir ayrılığıydı və atanın və qalasının ruhumuzda və qəlbimizdə buraxdığı dərin mənəvi etgi və təsir daimi və əbədiydi

İllər ginə geçdi və 5ci. dövrə İran parlamenti seçgiləri zamanı gəldi çatdı (1374-75 və miladi tarixi 1995-96), Seçgilər necə oldu ve nəcur bitti, bunu təkcə siz əzizlər deyil bütün dünya gördü və şahid oldu

Fars şovinist hakimiyyəti tərəfindən haqqımızın göz görə görə və açıqca təzyi olunması və ayaqlar altına alınması mənə və mənə oy vərənlərə böyük bir zərər, ziyan və zərbə sayılmasına rağmən şiddətlə yararlanacağımız bir milli və tarixi fürsət yaratdı və o fürsət bu ki, 2 ay daha yasal olaraq evlərdə, oxullarda, yuniversitələrdə, məscidlərdə, hüseyniyyələrdə, küçə bazarlarda və…məzlum və sömürülmüş millətimizlə görüşmə, söhbət ve təbliğ imkanı doğdu Doqtor Mahmutali Çehreganlı

Seçgilərin ilk aşamasında (1374/12/18) rekor və tarixi olaraq 470,000 oy və səs qazanaraq Təbrizdən İran parlamentinə birinci millət vəkili seçilməyimizə rağmən, oyları şiddətlə azaldaraq 42 gün sonrası (1375/1/31) ikinci aşamaya saxladılar

Fars şovinist hakimiyyəti tərəfindən haqqımızın göz görə görə və açıqca təzyi olunması və ayaqlar altına alınması mənə və mənə oy vərənlərə böyük bir zərər, ziyan və zərbə sayılmasına rağmən şiddətlə yararlanacağımız bir milli və tarixi fürsət yaratdı və o fürsət bu ki, 2 ay daha yasal olaraq evlərdə, oxullarda, yuniversitələrdə, məscidlərdə, hüseyniyyələrdə, küçə bazarlarda və…məzlum və sömürülmüş millətimizlə görüşmə, söhbət ve təbliğ imkanı doğdu

Biz bu qızıldanda dəyərli imkandan yararlanaraq seçgilərin birinci və ikinci aşamalarında toplam 500 civarında böyük (‘40 metir’də 50.000 nəfərlik, Təbriz yuniversitəsində 12000 nəfərlik və Sərdəri, Xosrovşəhr, Ilxıçı şəhərlərində (üçü bir yerdə)(30000 nəfərlik) və başqa orta və kiçik sayılarda çoxlu toplantılarımız və mitinglərimiz oldu və ən azı 500000 insanımızla üz üzə və göz gözə danışıq və söhbət imkanı əldə etdik

Beləliklə Azərbaycana və onun Türk millətinə olan zülmləri, haqsızlıqları açıqlayaq və millətimiz Fars rejimi tərəfindən ondan saxlanılmış və gizlədilmiş çoxlu gərçəkləri öyrənərək milli və siyasi açıdan yüksək dərəcədə bilgilənsin

Rejimin İttilaat (gizli servis) məmurlarının hədə qorxuları və inanılmaz dərəcədə basqılarına və məni istefaya zorlamarına və bu alçaqcasına yöntəmlərindən nəticə almayınca ikinci mərhələnin oy vermə günündə mənim səhər gün doğmadan evimə hücum gətirib tutuqlayaraq və adımı adaylar listəsindən silərək radio TV-lərdə Çehrəqanlı adaylıqdan istefa verərək seçgilərdən çekilmə yalanını, tikrar tikrar yayınlamarına rağmən, seçgilərin ikinci aşamasının sonunda fars rejiminin heç bəkləmədiyi və amma bizim bəklədiyimiz sonuclar əldə edildi və o bu ki məzlum Türk millətinin sadiq və vəfalı oğlunun oyları şiddətlə artaraq 470000-lərdən 662000-lərə yüksəlmişdi (oy raporlarını Azərbaycanımızın fərmandari ve ostandaridə işləyən şərəfli və qeyrətli oğulları ve qızları vermişdilər, bu sayılar ən sonunda əldə etdiyimiz gərçək oy sayılarımızdır)


Bildiyiniz kimi seçgilər və onunla bağlı olaylar və hadisələri açıqlamaya kitablar yazılması gərəkir ve nə yazıq ki seçgi qonusunu bu qıssa yazı və ya məqaləyə sığdırmaq olasılığı mövcud deyildir. Dolayısıyla çalışacağam hızla seçgilər məsələsindən çıxaraq bu yazıda açıqlamasını amacladığımız Babək qalası olayına toxunam

Doqtor Mahmutali Çehreganlının “Türk Elləri Bizim Ellər” poemasından bir neçe dördlük

Mərd iyidin dərdə salan

ziyalısın yadlar alan

xoş bir günə həsrət qalan

Türk elləri bizim ellər

***

Naziklikdən qəlbi sınar


Dilləri var sanki pınar


Bilməm nədən onu qınar

Türk elləri bizim ellər

***

Könülləri dolu duman

Hər pisliye gözün yuman

Yad ellərdən himmət uman

Türk elləri bizim ellər

***

Qoca dünya kökdən yalan

Yoxdur səndə kimsə qalan

Varlıqların oldu talan

Türk elləri bizim ellər

***

İkinci Bölümün sonu

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio