Həyat duyğularımın dili ilə … / Diana Memmedova

Həyat duyğularımın dili ilə … / Diana Memmedova
Mənim düşüncəmdə həyat məni canlandıran ruhumdurDiana Memmedova
Həyat duyğularımın dili ilə ...Diana Memmedova

Dünyaya gələndə insan kim olduğunu, hara gəldiyini bilmir. Nece inkişaf etdiyini, necə bir həyatın var olduğunu bilmir. Dərk etməyə başladıqda isə hər kəsin öz düşüncəsində bir həyat obrazı olur. Mənim düşüncəmdə həyat məni canlandıran ruhumdur

.

Həyat görən gözüm, işləyən əllərim, düşünən beynimdir. Heyat çırpınan ürəyimdir. O ürək ki, hər gün günəşin çıxması ilə fərəhlənər, batışı ilə kədərlənər. O ürək ki, qarın, yağışın yağması ilə serinlener, küləyin əsintisi ilə həyəcanlanar. Yarpaqların titrəyişini, meh qonmuş çiçəklərin rənglərini sevər

.

Həyat səmadir, torpaqdır. Həyat semalarda süzən quşların ucuşudur. Həyat aslanların, tülkülərin dolaşdığı meşələrin enişi, yoxuşudur. Həyat təbiətin tufanı, şimşəklerin qığılcımıdır. Həyat saf körpənin gülüşüdür. Anaların duası, ataların qaygısıdır. Adillerin mərhəməti, zalımların nifrətidir

.

Həyat namərdlərin xəyanəti, cəsurlarin döyüşüdur. Həyat göy qurşağı kimi rəngbərəngdir… Həyatın ruhu oxşayan rəngli mənzərələrindən gözəl nə ola bilər ki !? Ecazkar menzerelerde insan xoşbəxtdir. Orda mərhəmət, xeyirxahlıq hər yeri gözəlləşdirər

.

Gülüşlərdən, təbəssumlərdən ətrafa xoş əhval ruhiyye yayılar. Quslar azad səmada rahat qanad çalıb uçarlar. Yaşil otların qoxusu hər yeri bürüyər. Orda qorxu olmaz, xəyanət olmaz, namərdlik, qesbkarliq olmaz

.

Həyat iki üzlüdür. Bir üzünə dünyanın acısı, soyuğu qarışıb, bir üzünə isə yaşamın sevinci, istisi. Heç sevmirəm həyatın qara rəngli mənzərələrini. Orda analar fəryad edər, körpələr yetim qalar. Orda çiçəklər açmaz, quşlar oxumaz. Ordan barıt qoxusu gələr, torpaq qanla sulanar

.

Göz yaşları bulud yağışı kimi yağar, ah-nalə ərşə direner. Namərdlər at oynadar, mərdlər qandalda gəzər. Atdığımız hər addımda həyat öz növbənöv çalarlarını bizə dərk etdirər. O çalarlar bizim bacarığımızın qabiliyyətimizin bəzən nailiyyəti, bəzən uğursuzluğu olar

.

Böyüyərik amma addımlarımiz yenə körpə qalar. Çünki həyatın var oluşu o qədər böyükdür ki.. Səmanı görərik, amma ulduzlara əlimiz çatmaz, torpağı görərik, amma axirətə ünümüz yetməz. Firlanib, dolanıb ümman görərik, sonunu görmərik

.

Baxib hər şeyi görər gözümüz, amma bəsirət qapıları bağlı qalar. Beynimiz düşünər, amma hər şeyi dərk etməz. Ürəyimiz döyünər, amma hər şeyi hiss etməz. Həyat bizim sahib olduğumuz, amma sahib olduqlarını tam mənimsəmədiyimiz yaşamdır

.

Bu yaşam tərzində hər kəs öz trayektoriyasini cızır. Kimisi xeyirlə, kimisi zərərlə. Gəlin bir birimizə dəstək olub öz yolumuzu xeyirlə çıxaq. Qoy çızdığımız yol atdığımız addımlarin büdrəməsinə yox, daha inamlı irəliləməsinə yol açsın

.

Yolları elə hamar və rahat edək ki, gələn nəsillər həyatın, yaşamın anlamının elə məhz bu yolları necə möhkəm iradə və ağılla cızmaq olduğunu dərk etsinlər. Yaşasinlar və yaşatsınlar. Aldıqlari hər nəfəsdə həyatın necə qiymətli olduğunu dərk edib məhv etməyi yox, həyat verməyi öyrənsinlər

.

Diana Məmmədova

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio