Düşüncələrimin Dalğasında / Diana Memmedova

Düşüncələrimin Dalğasında / Diana Memmedova
İnsanlığımız bizim şəxsimizin, mənliyimizin, mənəviyyatımizin, vicdanimizin göstəricisidir Diana Memmedova
Düşüncələrimin Dalğasında Diana Memmedova

Düşüncələrimdə özümü unuduram, bəzən sözümü unuduram. Amma insanlığın insanlığa nə hiss etdirdiklərini unutmaqda o qədər əziyyət çəkirəm ki


Dərk etdiyim insan yaxşılıq, şəfqət, mərhəmət, ədalət duyğularını içində daşıyan insandır. Hər təbəssümü, hər davranışı, hər dediyi kəlməsi ilə beyinlərdə insan olmanın gözəllik izlərini şüura həkk edən, daşıdığı mahiyyətin fövqünə varan insandır

.

İnsan olmanin gözəlliyi insanlığı faydalı və qiymətli istifadə etmək dərəcəsidir. Ağlimizi düzgün yönləndirməyimiz bizə dəyər qazandırar. Ürəyimizi büllür kimi saf istifadə etməyimiz bizə sevgi, hörmət qazandırar Düşüncələrimiz, hisslərimiz insanlığı yaşadar. Hər zaman özünü insan olaraq sorğuya çəkmək və insanlığı ucaltmağa yönəltmək hissi bizə insanlıq  məsuliyyəti və zənginlik qazandırar

.

Necə davranaq ki, qarşımızdakı sözümüzdən yara almasın, dediyimiz sözün etibarı olsun, ağzımizdan çıxan söz ikrah hissi yox, inam hissi yaratsin?!  Necə edək ki, könüllərin insanlığa inamı qırılmasın?!. Beyinlər fikirlərində insanlığa nifrət etməsin

.?!

       Bəzən məsələnin mahiyyətini bilmədən başqalarının haqqında yanlış düşünürük, bəzən başqalarını qınayır, bəzən aşağilayir, bəzən layiq olmadığı qiyməti veririk. Bəzən öz səhvlərimizi dərk etməyib başqasına yüklənırik. Beləliklə, insanlıgın məhv edilməsində heç düşünmədən rol alırıq

.

     İnsanliqda həmişə iki hisslər bir – biri  ilə savaşar, bir – biri ilə mübarizə aparar. İnsan müsbət hisslərinin mənfi hisslər üzərində qələbə çalmasını təmin edə bilsə səadətə çatar, insanlıq şərəfini yaşayar. .Kimlərəsə verdiyi əzab hissi vicdanını narahat edər, saflaşmaq üçün vicdanını təmizləməklə mənliyini yüksəltmiş olar

       .

Ey insan! Sən ətrafına Allahın sənə bəxş etdiyi, sənə  yer üzünün əşrəfi  olmaq şərəfinə  layiq bildiyi sevgini bəxş etməlisən. Başqasının sevincinə sevinib, kədərinə kədərlənməlisən. Elə davranmalisan ki, vicdanın sakit, ürəyin rahat olsun. İnsanların xoşbəxtliyini, səadətini, sevincini zədələməyən mənəvi dəyərlərə sahib ol ki, hörmət və ehtiram sahibi olasan

.

İnsan qəlbinin incəlikləri o qədər rəngarəngdir ki, onu axtardiqca, xoşrəftar olduqca, o qədər o insanın dostuna və həmdəminə çevrilə biləsən

  .

          Ey insan! Unutma ki, qarşındakı da sənin kimi can daşıyır. Onun da ürəyi sənin ürəyin kimi daşıdığı cani qidalandırır. Sənin hiss etdiklərini o da hiss edir. Caliş ki, insanlığa gözəl dəyərlər qatasan. Dəyərlərini sərvətinə cevirəsən. Bu sərvətli düşüncələrini hifz edib, könüllərdə xoş iz buraxıb insanlığı onun gözəlliyinə bürüyəsən

.

Bir anlıq özünü onun yerinə qoyub nə hiss etdiyini hiss edəsən.Vicdanına əzab verəsən ki, vicdanın heç vaxt vicdan hissindən məhrum olmasın. Gülən üzlərə sevinc, ağlayan könülə təsəlli olasan. Yixilani qaldırıb, kimsəsizə dayaq olasan. Könül qırmayıb, könülləri şad edəsən. İnsanlığin gözəlliyini həyat fəlsəfənə çevirəsən

!

Unutmayaq ki, insanlığımız  bizim şəxsimizin, mənliyimizin ,mənəviyyatımizin, vicdanimizin göstəricisidir

.

 

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio