BABƏK QALASI QURULTAYLARI / Doqtor Mahmutali Çehreganlı-Üçüncü Bölüm (3)

BABƏK QALASI QURULTAYLARI / Doqtor Mahmutali Çehreganlı-Üçüncü Bölüm (3)
Qəhrəmanlarını unudan millət yabancılara qul olarDoqtor Mahmutali Çehreganlı
BABƏK QALASI QURULTAYLARI Doqtor Mahmutali Çehreganlı-Üçüncü Bölüm (3)

Qurultaylar üçün Babək qalası nədən seçildi və o qalaya toplu və milli siyası olaraq hərəkət necə başladı

Fars faşist rejiminin bu seçgi hırsızlığına ve oğurluğuna nə mən və nədə uca millətimiz susmadıq, niyə ki susmaq mümkün deyildi, və sakit qalmamağın nədəni buyudu ki
millətimizin sandıqlara saldıqları oylar əmanətiydi ve milli namus kimi sayılırdı və onlara dəyər verməmək milli əmanətə xiyanət ve bir tür namussuzluq sayılırdı

Qəhrəmanlarını unudan millət yabancılara qul olar
Doqtor Mahmutali Çehreganlı

Seçgilər rejim tərəfindən oldu bitti elan ediləndən sonra, mən və bəzi silahdaşlarım fars faşist rejimi tərəfindən gələcək və yaranacaq hər tür tehlikəni gözə alaraq bu milli və tarixi zülmün qarşısında dirənərək muqavimət etməyi seçdik və onun əsas nədənlərindən biri buyudu ki 4 ay sürən seçgilər zamnında 500 civarında yapdığımız mitinglərin etgisində yaranmış və başlamış intibah və oyanış hərəkəti durmamalıydı və buna inanırdıq ki bizim üçün bir millət olaraq asimilə olub yox olmaqdan qurtulmağın tekcə bir yolu qalmışdır və nəyin bahasına olursa olsun o yolda millətimizin içində başlanmış intibah hərəkətini qoruyub saxlayaraq davam etdirməkdi

Bəli dəyərli arxadaşlarım, biz bəzi boş boğaz və ucuz müddəilər kimi şəxsi mənfəətlərimiz uğruna millətimizə xiyanət edib şərəfsizlik və namussuzluq yaparaq ,Tehranın susmağımız ve onlarla iş birliyimizin qarşılığı olaraq Paranı pulu və çoxlu hərəkətçinin bildiyi kimi hətta perezident Rəfsəncaninin fərhəngi muavinəti postuna satılmadıq

Bəli dostlar biz yabancılar qucağında deyil,Təbrizdə olarkən və fars faşist rejiminin qanlı pənçələrində əsirkən də (Təbrizdə evdə çəkilmış videolarda gördüyünüz kimi) canımızı ovcumuza alaraq düşmənə meydan oxuduq və dedik ki bu sürəc (Fars rejimi asimilasyon sürəci) durdurulmazsa və davam etdirilirsə, biz bir millət olaraq və Türk milləti olaraq ölü topluma çevrilərək yox olacağıq və dedik ki alçaqlar və qorxaqlar kimi ya şəxsi varlığımız olan canımızı qoruyacağıq ya da cəsur və şərəfli insanlar kimi özümüzün və ailəməzin can və malını milli varlığımız olan Türk milləti uğrunda fəfa etməliyik; və biz ikincisini seçdik

Bəli əzizlər çox zor və çətin olsa da biz,yəni mən və məni heç yalnız buraxmayan can yoldaşım şəhid Əmanilər və minlər mənə tay millətçi hərəkətçi ikinci yolu seçdik, ulu şəhidimiz məndən daha cəsur və şərəfli çıxdı. O ən dəyərli varlığı olan canını vətən və millət yolunda fəda edərək əbədıi olaraq könüllərimizə gömüldü

Bəli əzizlər çox zor və çətin olsa da biz,yəni mən və məni heç yalnız buraxmayan can yoldaşım şəhid Əmanilər və minlər mənə tay millətçi hərəkətçi ikinci yolu seçdik, ulu şəhidimiz məndən daha cəsur və şərəfli çıxdı
Doqtor Mahmutali Çehreganlı

Doğrudur,hamı ölür və öləcək, çoxu qara toprağa gömülür və azı qəlblərə və o da qəlblərimizə gömüldü, uca ruhu şad və qutsal millət yolu vəfalı və sadiq yolcularla dolu olsun….
Bələliklə oyanış hərəkətimiz qana bələndi və durmadı, durduralamadı,davam edir, sonuca varana dək də davam edəcəkdir və qurtuluş yaxın və kəsindir

Beləliklə rejim qarşısında etirazlar və dirənişlər başladı, bildiyiniz kimi ilk və ən möhtəşəm etiraz mitingi seçgilərin ikinci aşamasında sandıqlara oy salma və mənim aday olaraq adımın adaylar listəsindən silinməsi günü (1996-da-1375/2/18-) baş verdi. Bu möhtəşəm etiraz mitingində 100 minler insanımız Fərmandari, Ostandari, Danişsəra meydani şumalı Ərteş xiyabanı və Saat qabağında toplanaraq öz etirazlarını rejimin saxtəkarlıqlarına qarşı numayişə qoydular

Rejim gücləri yüzlər etiraz aksiyası iştirakçısını tutuqlayaraq həbs edərək ağır işkəncələrə məruz qoydu; bu olaydan sonra rejim basqılarını artıraraq hər tür etiraz toplantılarına şiddətlə reaksiya göstərərək mane olurdu. Ağır basqılara rağmən məni yalqız buraxmayan Xəlil abad, Mənbeh, 40 metir, Qumtəpə, Bahar, Hökmavar və Təbrizin başqa bölgələrinin hərəkətçi millətçiləri çeşitli tarixlərdə Rasta küçe ağzında, Pasegah 5 yanında, Abrəsanda yərləşən Bağır xanın yatdığı qəbristan üstündə və başqa yerlərdə oyanış ve dirəniş hərəkətimiz durmasın və ölməsin diyə çox önəmli tarixi piketlər və reaksiyalar geçirdilər

Etirazlar milli hərəkətə dönüşməsin diyə, yavaş yavaş və get gedə rejim quvvələri Təbrizdə və başqa meskuni məhəllərdə piket və aksiya geçirməyə imkan vərmədilər, bu durumda məndə milli düşüncənin yaranmasına səbəb olan önəmli qonular, o cümlədən unudulmuş Təbriz içi və özəlliklə Təbriz dışı milli qəhrəmanlar və şəxsiyyətlərimizin qəbir ziyarəti ağlıma gəldi və Təbrizdə yaşadığım evdə millətçilərlə geçirdiyimiz günlük və həftəlik ev toplantılarında sonralar məşhurlaşan bir cümləylə “Qəhrəmanlarını unudan millət yabancılara qul olar” cümləsiylə ziyarətlərə başladıq

Beləliklə rejim qarşısında etirazlar və dirənişlər başladı, bildiyiniz kimi ilk və ən möhtəşəm etiraz mitingi seçgilərin ikinci aşamasında sandıqlara oy salma və mənim aday olaraq adımın adaylar listəsindən silinməsi günü (1996-da-1375/2/18-) baş verdi Doqtor Mahmutali Çehreganl
 


Həp mənimlə olan və məni heç yalqız buraxmayan Rəhmətlik muhəndis Əmani və başqa hərəkətçilərlə ilk öncə rəhmətlik Şəhriyarin qəbrini Məqbərətoşşoərada, Baqir xanın qəbrini Abrəsan 4 yolunda və sonralar Tehrana gedərək Rəhmətlik Səttar xanın qəbrini Şahəbdüləzimde ziyarət etdik

O zamanlar bir il olurdu ki məni rejimə satılmadığım və olan zulmlərə susmadığım üçün yuniversitədəndə ixrac edərək ev həpsi kimi yaşamağa məcbur etmişdilər. 
1997 lərdə ev həpsi kimi yaşarkən şer yazmağa başladım və ilham qaynaqlarımın ən önəmlisi milli məsələlər olduğu üçün,hərəkətçilərin çoxunun oxuduğu və ya tanıdığı “Türk elləri bizim ellər”poemasını (250 dördlük) yazdım və ardıca ata Babekin qalasını ziyarət etmək üçün aynı il hazırlığa başladık

Doqtor Mahmutali Çehreganlının “Türk Elləri Bizim Ellər” poemasından bir neçe dördlük

Aşağıda geden dördlüklerde Doqtor Mahmutali Çehreganlı özünü muxateb edibdir

***

Mahmud oğlum sıxılma sən

Möhkəm dayan yıxılma sən

Yax düşməni yaxılma sən

Türk elləri bizim ellər

***
Mahmud oğlum naçar qalma

Yürəyinə kədər salma

Bağlarında heyva alma

Türk elləri bizim ellər

***
Mahmud oğlum yolun uzun

Namərd insan bilməz duzun

Əriyəcək qalın buzun

Türk elləri bizim ellər

***

Üçüncü Bölümün sonu

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio