Qalaya ilk yürüyüş
Qalaya yürüyüş fikrini ilk öncə həp dağlar təkin dayağım olan oğlum və qardaşım rehmetlik şəhid Əmaniylə muzakirə edib tartışaraq onayladıq ve ardıca Təbrizin Xəlil abad , Mənbeh. Qırx metir, Bahar, hökmavar ve başqa bölgələrindən olan çox sadiq və səmimi dostlarımızla yürüyüş üçün pılan və program hazırlamaya başladıq
-Yürüyüşümüzün tarixi Babəkin təqribi doğum günü, yəni yay feslinin ilk ayının (Tir ayı) ilk ve ya ikinci həftəsi təyin olundu
Qalaya yürüyüş fikrini ilk öncə həp dağlar təkin dayağım olan oğlum və qardaşım rehmetlik şəhid Əmaniylə muzakirə edib tartışaraq onayladıq
-Qərar alındı ki yürüyüşün gərçəkləşməsi və möhtəşəm olması üçün imkan daxilində Azerbaycanın bütün şəhələrinə xəbər verilsin
Qərar alındı ki yolcular toplu olaraq rejimin quvvələri vasitəsilə tutuqlanmasınlar diyə qalaya varan muxtəlif yollardan və məsirlərdən istifadə etsinlər
-Mən xəlilabad uşaqlarıyla birlikdə (Himməti, Kərimi və…) onların hazırladıqları Peykan arabasıyla Təbriz Əhər yoluyla qalaya tərəf gedişə başladıq. Nə yazıq ki bizi təqribən 15 kilometir yolculuqdan sonra Təbriz Əhər yolunun üstündə Xoca pasgahında İttilaat quvvələri durduraraq tutuqladılar, məni Təbrizin İttilaat idarəsine götürərək 48 saat tutuqlu qalandan sonra və çoxlu sual sorquya məruz qalaraq ve əl yazımı poema kitabımıda qesb edərək buraxdılar (şükürlər ki poemadan bir kopu alaraq evdə saxlamışdım)
Biz tutuqlandıq və ata Babəkin dayanış ve dirəniş qalasını ziyarət etməkdən məhrum qaldıq, amma vətənin muxtəlif bölgələrindən bizlərdəndə cesur və qeyrətli yüzlər yiyidimiz o il qala hərəkatının binasını qoydular
Biz tutuqlandıq və ata Babəkin dayanış ve dirəniş qalasını ziyarət etməkdən məhrum qaldıq, amma vətənin muxtəlif bölgələrindən bizlərdəndə cesur və qeyrətli yüzlər yiyidimiz o il qala hərəkatının binasını qoydular, onlara eşq olsun diyəlim.Var olsunlar. Ve bələliklə millətimizin şərəfli və cəsur evladlarının fədakarlıqları sayəsində Babek Qalası qurultaylarının fondasyonu basılaraq binası qoyuldu. Bu milli ve tarixi addımın atılmasında bütün emeyi geçən iyidlərə salam olsun
Bir nəsihətlə jurnalistlərimizə və hərəkət tariximizi yazanlara məqaləyə son qoyuram
Tarix gərçəklərin hep aynası olmuş və olacaqdır, gəliniz həqiqətləri çarpıtmadan ve təhrif etmədən yazalım, hətta o gərçəyi yaradandan xoşumuz gəlməsə və düşməni olsaq belə
Tarix gərçəklərin hep aynası olmuş və olacaqdır, gəliniz həqiqətləri çarpıtmadan ve təhrif etmədən yazalım, hətta o gərçəyi yaradandan xoşumuz gəlməsə və düşməni olsaq belə
Son sözüm bu ki Babək atanın Qalasına yürüyüşün qaynağı Milli mucadilə Bayrağımızın və Güney Azərbaycan Milli Hərəkatının qaynağıyla aynıdır və bu gərçəyi kimsə amma kimsə dəyişdirə bilməyəckdir, cəhd edənlər tərs yataraq özlərini və kariyerlərini yox edərlər
Gücümüz varsa və qələmimiz yazabilirsə sadiq milli aktivistlərin xidmətlərini təxrib və təhrif etməyə deyil, milli düşmənlərimizi ifşa və xunsa etməyə sərf edəlim
Yaxın gələcək bizimdir, millətimizindir, uca Türk millətinindir
Ən içdən sayqı və sevgi dolu salamlarımla
Çağrı Çehrəqanlı
Doqtor Mahmutali Çehreganlının “Türk Elləri Bizim Ellər” poemasından bir neçe dördlük
Aşağıda geden dördlüklerde Doqtor Mahmutali Çehreganlı özünü muxateb edibdir
Mahmud oğlum Türkdur soyun
Haqq önündə tükdür boyun
Yirmi dorddur oğuz boyun
Türk elləri bizim ellər
***
Mahmud oğlum elə çağrı
Könlüm dolu duman ağrı
Çatlayacaq xəsmin bağrı
Türk elləri bizim ellər
***
Mahmud oğlum haqqa doğru
Haqqı yiyən olar oğru
Oğru olma söylə doğru
Türk elləri bizim ellər
***
Dördüncü Bölüm ve Son