Bu ittifaq İslam Respublikasının yerinə federal bir sistem istəyir/ Doqtor Simin Sebri

Bu ittifaq İslam Respublikasının yerinə federal bir sistem istəyir/ Doqtor Simin Sebri
İttifaq bəyanatını imzalayan təşkilatlar İslam Respublikasının islah olunmaz bir rejim olduğuna inanırlarDoqtor Simin Sebri
Bu ittifaq İslam Respublikasının yerinə federal bir sistem istəyirDoqtor Simin Sebri

İrandakı mövcud hakimiyyətə müxalif 10 təşkilat bu yaxınlarda birgə bəyanat yayımlayaraq respublikaçılıq, federalizm və demokratiya prinsipləri əsasında ittifaq yaratdıqlarını bildiriblər

Bəyanatı yayımlayan qruplardan biri olan Azərbaycan Demokratik Birliyi Təşkilatının (Birlik) sözçüsü Dr.Simin Səbri bu barədə Amerikanın Səsinə müsahibə verib

Dr.Simin Səbrinin dediklərinə görə, ittifaq daxilində olan 10 təşkilat İranda mərkəzləşdirici olmayan demokratik bir dövlətin qurulması uğrunda birgə fəaliyyət göstərmək məqsədilə bir araya gəliblər

“Bu təşkilatlar İranda qeyri-mərkəziyyətçi bir dövlət və federal bir hökümət sistemi istəyirlər

Bu ittifaqda İranın kürd icması 4 nümayəndə ilə təmsil edilirkən, türk, ərəb və bəluç icmalarının hər biri bir nümayəndə ilə təmsil olunur

Digər üç təşkilatsa hər hansı bir etnik icmanı təmsil etmir. Dr.Simin Səbrinin söylədiklərinə görə, bu üç qrup əsasən sosial siniflərin hüquqları uğrunda mübarizə aparır

Bu ittifaqda İranın kürd icması 4 nümayəndə ilə təmsil edilirkən, türk, ərəb və bəluç icmalarının hər biri bir nümayəndə ilə təmsil olunurDoqtor Simin Sebri

“Demokrat-federalist və sekular yəni dünyəvi dövlətçiliyə inanan təşkilatlar bu ittifaqi təşkil ediblər. Qadın haqlarına inanırlar. Bu təşkilatlar açıq şəkildə İranı çox-millətli bir ölkə bilir və bu millətlərə daxili siyasətdə öz müqəddəratını təyin etmə haqqı tanıyırlar,” türk fəal Dr.Sebri bəyan edir

Dr.Simin Səbrinin sözlərinə görə, ittifaq bəyanatını imzalayan təşkilatlar İslam Respublikasının islah olunmaz bir rejim olduğuna inanırlar

O, əlavə edir, “bizim təşkilat (Azərbaycan Demokratik Birliyi) də elədir. Təşkilatımızın üzvləri türkdürlər. Amma bizim məsələmiz bu deyil ki, sadəcə öz müqəddəratımızı təyin etmə haqqımızı alaq və sonra düşünək ki, yeni dövləti hansı çərçivədə idarə edəcəyik… Biz indidən, federalizm və demokratik sosializm formasında bir dövlət istədiyimizi bildiririk

Qaynaq:amerikaninses

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio