Min Doqquz Yüz Yetmiş Doqquzun-cu İldə İranda Şaha Qarşı Hərəkatın Səbəbləri / Doqtor Əhməd Ümid Yəzdani 

Min Doqquz Yüz Yetmiş Doqquzun-cu İldə İranda Şaha Qarşı Hərəkatın Səbəbləri / Doqtor Əhməd Ümid Yəzdani 
Min doqquz yüz yetmiş doqquzun-cu ildə iranda Şaha qarşı hərəkatın səbəbləri Doqtor Əhməd Ümid Yəzdani 

Şaha qarşı hərəkatın səbəbləri, ölkənin ictimai-iqtisadi quruluşunda dərin kök salmışdı. 60-cı illərdən başlayaraq şah, əsasən, kənd təsərrüfatlı istiqamətli ölkəni (kəşavərzi ölkəni) sənaye ölkəsinə çevirməyə çalışırdı. Bunun üçün əsas vasitələrdən biri artıq təbliğ edilən “Ağ İnqilab”, hər şeydən əvvəl, kənd təsərrüfatında aqrar reforma (islahate ərzi)olmalı idi

.

Bu “aqrar reformasının” nətiçəsi kənd təsərrüfatında yaranan böhran oldu. Əgər 10 il reformadan qabaq kənd təsərrüfatı məhsul ixrac edirdisə, reformadan sonra bütün ərzaq məhsullarının 90% -ni idxal etməyə məcbur idi

.

Aqrar reforması bir qayda olaraq, adətən məhsuldarlığın artmasına, kəndlilərin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur. Iranda isə aqrar reforması (islahat ərzi) həyata keçirildikdən sonra nə birinci aspekt, nə də ikinci aspekt aşkar olmadı

.

Şah tərəfindən irəli sürülən “Ağ inqilab” kəndlilərin vəziyyətini demək olar ki, heç yaxşılaşdırmamışdır. Düzdür, torpaq reforması nəticəsində ənənəvi iri torpaq sahibliyi aradan qaldırıldı və torpaq qismən xırda-xırda hissələrə bölündüsə də, kəndlilərin yoxsullaşma prosesi sürətləndi

.

Bunun səbəbi hər şeydən əvvəl onda idi ki, “Ağ inqilab” dövründən bəri kənd təsərrüfatı sahəsindəki siyasət iri mexanikləşdirilmiş təsərrüfatların, ilk növbədə xarici konsernlərin iştirakı ilə Aqro-sənaye formasında genişləndirməyə yönəldilmişdi

.

Demək olar ki, xarici konsernlərin və yerli sənaye sahiblərinin təşkil etdikləri aqro-sənaye şirkətlərinin ixtiyarına ən məhsuldar torpaq sahələri verilirdi və bu sahələrdə eksport üçün nəzərdə tutulmuş sənaye bitgi məhsulları, məsələn: pambıq becərilirdi

.

Bu proses elə bir vaxtda həyata keçirilirdi ki, “Ağ inqilab”dan bəri özləri də torpaq sahibi olmuş kəndlilər, alətlərin, maşınların və pulun çatışmaması üzündən uzun müddət keçmiş mülkədarlara pul verib aldıqları təsərrüfatlarını əldən verməli olurdular, çünkü xırda kəndlilərin əksəriyyəti dövlətdən heç bir yardım almırdı

.

Kənd təsərrüfatında yeni texnolojiyanın tətbiqi buna görə də, daxili və xarici şirkətlərin imtiyazı olaraq qalırdı. Bu da saysız-hesabsız kəndlilərin şəhərlərə qaçmasına səbəb olurdu. Ancaq onların iqtisadi vəziyyəti bu yolla da yaxşılaşmırdı. Onlar böyük şəhərlərin kənar məhəllələrində yaşayır və iş tapmırdılar

.

Şəhərlərə gəlmiş belə kəndlilər digər şəhər işsizləri ilə birlikdə şaha qarşı qiyamçıların potensiyal qüvvəsini təşkil edirdi

.

Şah 1963-cü ildən inkişaf etməkdə olan iranı “Ağ inqilab” vasitəsilə sənaye ölkəsinə, 70-ci illərin əvvəlindən isə gözlənilən neft bumu nəticəsində hətta dünyanın aparıcı baş dövlətindən birinin “Böyük Mədəniyyət” səviyyəsinə qaldırmağa çalışırdı. Hər iki niyyət baş tutmadı

.

Yuxarıda qeyd etdik ki, Müsəddiq erası (dövrü) qurtardıqdan sonra neft istehsalının artırılması nəticəsində əldə edilən iqtisadi yüksəliş gözlənilən ümumi iqtisadi artımı əmələ gətirmədi

.

Düzdür, iranın neft satışından illik gəlir 22 Milyard dollara çatdı. Neft gəlirin böyük hissəsini şah ailəsi, hökümət üzvləri, ordu generalları, nazirlər və deputatlar mənimsəyirdilər

.

Gəlirin başqa bir böyük hissəsi ABŞ-dan və başqa qərb ölkələrindən silah alınmağa xərclənirdi. Neftdən gələn 50%-dan artıq bir hissəsini İran silahlanma məqsədlərinə və 40 min amerikan müşavirlərinin saxlanmasına sərf edilirdi

.

Yuxarı təbəqə neft satışından böyük gəlir əldə etdiyi bir vaxtda, əhalının geniş kütlələri iqtisadi yüksəlişdə iştirak etmirdi. Əksinə, 20-30% işsiz, 40% infliyasyon, 65% savadsız, dünyada ən yüksək uşaq ölümü var idi və İran ailələrinin 60% həyat minimundan aşağı səviyyədə yaşayırdı

.

Belə ki, səhiyyə sistemi çox pis vəziyyətdə idi. Iranda çıxan “Keyhan” qəzətinin 27 aprel 1974-cü il buraxılışında deyilir: “hal-hazırda ölkədə cəmi 11774 həkim vardır

.

Bunlardan da 1489 nəfəri diş həkimidir. Əgər nəzərə alsaq ki, 10285 nəfər həkimlərdən 46,8% və 1489 diş həkimindən 57%-i Tehranda yaşayır, aydın olur ki, Tehran müstəsna olaraq, 15000 adama bir həkim və hər 22000 nəfərə bir diş həkimi düşür

.

Daha bir ciddi sosyal-iqtisadi problem gündəlik tələbat mallarının qiymətlərinin daimi artması və əhalının real gəliri ilə həyat xərcləri arasındakı üçurum idi. Iran sosyal tədqiqatlar institutunun 1975-ci ildə apardığı tədqiqatlara görə, orta hesabla 4-5 nəfərdən ibarət Tehran ailələrinin 73% -nın aylıq gəliri 10-min riyaldan az id

.

Iran mərkəz bankinin apardığı hesablamalara görə 4-5 nəfərdən ibarət bir ailənin həyat minimumu 16000-22000 rial təşkil edirdi. Şəhərlərdə işləyən bütün əhalinin 76%-ni ixtisassız fəhlə qüvvəsi təşkil edirdi. Bu fəhlələrin orta gündəlik məvacibi əmək nazirliyin tərəfindən 175 riyal müəyyən edilmişdir

.

Yaşayış xərcləri haqqında təsəvvür əldə etmək üçün qeyd etmək lazımdır ki, bir kilo qoyun ətinin qiyməti 250 riyal, bir kilo pendir 300 riyal, bir kilo düyü 140 riyal, bir kilo çörəyin qiyməti isə 55 riyal idi

.

Mənzil kirayəsinin artması – əksər hallarda bu hətta təkcə bir otaq üçün maaşın yarısını təşkil edirdi- və yaşayış xərclərinin artması ilə yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, şəhər əhalısının yarıdan çoxunu təşkil edən məhz belə ixtisassız fəhlələrin vəziyyətini təsəvvürə gətirmək mümkün olmayan bir dərəcədə kasıblığa düçar etmişdir

.

Iqtisadi təzyiq altında əziyyət çəkən təkcə ixtisassız fəhlələr deyildi. Bazarlarda kiçik tacirlər və sənətkarlar da əziyyət çəkirdilər. Onlar mövcud olmalarını təhlükə altına salan xarici konsernlərdən müdafiə edirdilər. İranda 1955-ci ildən həyata keçirilən “açıq qapı siyasəti”, xarici malların ölkəyə gətirilməsini və kapital qoyuluşunu mümkün edirdi

.

Bununda nəticəsində ümumi idxalın 75,7%-nin həyat üçün vacib istehlak malları və fabrik məhsullarından ibarət idi. Bazar sənətkarları və tacirləri özünü müdafiəyə qalxdılar, çünkü onlar yeni superbazarlarda özləri üçün təhlükə görürdülər

.

Xarici məhsulların qeyri-məhdud ölçüdə idxal edilməsi nəticəsində, onlar artan iqtisadi təzyiqə məruz qaldıqlarını və mövcud olmalarının təhlükə altında olduğunu hiss edirdilər. Ənənəvi iran iqtisadi həyatının mərkəzi olan bazarlardakı saysız-hesabsız etiraz hərəkatını bununla izah etmək olardı

.

Əcnəbi malların ölkəyə idxalının yerli məhsulların inkişafına maneçilik törətdiyini başa düşən təbəqələrin nümayəndələri də şaha qarşı cəbhəyə daxil idilər. Narazılar arasında iran orta təbəqəsinin böyük bir hissəsi də daxil idi

.

Belə şəhər əhalisi neft istehsalı sayəsində özlərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına əbəs yerə ümid edirdi. Bunlara misal olaraq xırda qulluqçuları, ixtisaslı fəhlələri və taksi sürüçüləri göstərmək olar. Yüksək inflasiya onların da mövcudiyyətini təhlükə altına almışdı

.

Ziyalıların da müqaviməti artmışdı. Ənənəvi olaraq ziyalılar təbəqəsi, xüsusilə tələbələr, əhalinin elə hissəsi idi ki, onlar hökümətin nöqsanlarını və fitnə-fəsadlarını açıq göstərirdilər. Şaha qarşı hərəkatda, Şiə din xadimləri həlledici rol oynayırdılar

.

Bunun səbəbi birincisi onda idi ki, islamın iki böyük cərəyanından biri və dövlət dini olan Şiəlik iran cəmiyyətində böyük rol oynayırdı. Ikincisi, 25 il hökm sürən siyasi diktatorluq şəraitində, məscidlər yeganə leqal yığıncaq yeri idi və burada rəsmi təbliğatdan fərqlənən fikir söyləmək imkanı var idi

.

Beləliklə, məscidlər bütün müxalifət qüvvələrin yığıncaq və təşviqat sahəsinə çevrilmişdi. Dini hərəkat möhkəm quruluşlu bir təşkilat deyildi, ancaq məscidlər çox əla əlaqə imkanlarına malik idi. Onların məqsədi şəriyətin qanunları əsasında teokrati dövlət sistemin quruluşu idi. Bu hərəkatın görkəmli nümayəndəsi ayətollah Xumeyni idi. 1963-ci ildə o, şahın rəqibi kimi ölkədən çıxarılmışdır

.

Iranda dini hərəkatın əhəmiyyətli nümayəndələri Ayətollah Şəriyətmədari, ayətollah Taleqani və ayətollah Nuri idi

.

Dövlət forması məsələsində Xumeyni bir mənalı olaraq islam respublikası-Vilayəte Fəqih- tərəfdari idi

.

Ölkənin daxilindəki digər din rəhbərləri bu məsələnin referendum vasitəsi ilə həllinin tələbini irəli sürürdülər. Əvvəlki illərdə şaha qarşı müxalifət mövcüd idi. Ancaq şah öz hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi üçün lazimi imkanlar yarada bilmişdir

.

Taxt-tacın müdafiəsini təmin edən ənənəvi mənbə olan ordu ilə yanaşı, hər cür müxalifətin aradan qaldırması üçün Savak əlavə bir vacib alət olmuşdur. Savak (milli təhlükəsizlik və xəbərlər təşkilatı) 1957-ci ildə daxildə və xaricdə rejim əleyhdarlarının fəaliyyətinə qarşı ən yüksək mülki müdafiə təşkilatı kimi yaradılmışdır. 1957-ci ildə iran höküməti Savakın yaradılması haqqında layihəni parlamentin müzakirəsinə verdi

.

Bu layihəni parlamentdə şahın öz tərəfindən təyin edilmiş nümayəndələr heç bir mübahisəsiz qəbul etdilər. Bu minvalla aylarla bundan əvvəl yoluna qoyulmuş bir işin -iranın müxtəlif gizli xidmət təşkilatlarının vahid bir idarədə birləşdirməsi- formal qanunvericiliklə əsaslandırıldı

.

Bu idarənin necə məna kəsb etdiyi belə bir faktdan bəlli olur ki, bu idarənin şahın öz tərəfindən təyin edilən rəhbərinə kabinetdə baş nazirin müavini rütbəsi verildi. 1957-ci ildən Savak tezliklə qeyri-məhdud imkanlara malik böyük bir təşkilata çevrildi

.

Şavak bölmə və şöbələrə bölünmüşdür və hətta kiçik şəhərlərdə belə, ictimaiyyətin bütün təbəqələrini əhatə edən geniş əməkdaşlar və xəbərçilər şəbəkəsinə malik idi. Üniversitetlər və ali təhsil müəssisələri, hər cür ictimai təşkilatlar, həmkarlar ittifaqı, sənaye və inzibati orqanlar xüsusi diqqət və müşahidə obyektləridir

.

Ordunun özünün təhlükəsizlik orqanları var idi. Infiltrasiya üsulları xüsusilə geniş əhatəli və rəng-bərəng idi. Savak üzvləri özlərini bu zaman müxalifətçilər kimi qələmə verir, şübhəli təşkilatlarda fəal işləməklə, onların aşkara çıxarılmasına kömək edirdilər. Demək olar ki, Savak hər yerdə var idi. Hər nazirlikdə ən azı bir Savak zabiti nazir müavini kimi işləyirdi, hər şöbədə yaxşı savadlı bir xəfiyyə otururdu

.

Mehmanxanalardakı, küçə kafələrindəki xəbərçilər Savaka hətta pulsuz məlumat verirdilər. Savak hətta qanunverici orqanları və məhkəmə orqanlarını da tamamilə öz nəzarəti altına almışdı. Yalnız adi vətəndaşlar deyil, həmçinin nazirlər, parlament üzvləri və hakimlər də Savakın daimi nəzarəti altında idi

.

Qeyd etmək olar ki, 1953-cü ildən Mohəmməd Reza şahın rejimi ildən-ilə sərtləşirdi və hər cür cüzi müqavimətə qarşı dözməmək getdikcə güclənirdi. Iqtisadi və siyasi böhranın aradan qaldırılması uğrunda şah rejiminin devrilməsi ilə əlaqələndirilən, demokrasi və milli azadlığa çağırış rejimin son iki ilində daha da güclənmiş idi

.

Savak tərəfindən açıq-aşkar terrorun kəskinləşməsinə, 1957-ci ildə vahid partiyanın yaradılmasına, “Monarşiyaya” qarşı təbliğat aparan və müxalifət təşkil edən qüvvələrin ölümə məhkum edilməsi haqqında qanun qəbul edilməsinə baxmayaraq, şaha qarşı müqavimət getdikcə aşkar aparılırdı

.

Bu hərəkətda müxtəlif siyasi baxışların nümayəndələri və iran əhalısının demək olar ki, bütün təbəqələrinin nümayəndələri iştirak edirdi. 1978-ci ilin yanvarında iranda şaha qarşı kütləvi hərəkat başlandı. Aşağıda bu hərəkatın mühüm tarixləri göstəriləcəkdir. -9 yanvar 1978-ci ildə Qum şəhrində məsciddə bir ordu şah rejiminin zülm siyasətinə qarşı etirazını bildirən 70-dən çox adamı güllələmişdir. -18 Fevralda Təbriz şəhrində100-min nəfər Qum şəhidlərinin qırxı və azadlıq uğrunda nümayiş edirdilər

.

Müxalifətin dediyinə görə nümayişdə 100-dən çox adam öldürülmüşdür. -31 martda nümayişlər 30 şəhəri əhatə edir. Ilk tətillər başlanır. -27 iyunda şah tərəfindən təyin edilmiş şah tərəfindən təyin edilmiş komissiyanın məlumatında hər şeydən əvvəl vahid partiya (rəstaxiz) tənqid edilir. Zəif rəhbərlik, nöqsanlı təşkilat quruşulunda, burukratiya və siyasi durğunluqda təqsirləndirir

.

Şuluqluqlar güya ki, aşağı gəlirli siniflərin aldadılmasının məntiqi nəticəsidir. -5 Avqust şah qərb demokratik dövlətlərinin nümunəsinə əsaslanan siyasi azadlıqlar və 1979-cü ilin ortalarında tamamilə azad parlament seçgilərinin keçirilməsini vəd edir. -19 Avqustda Abadan şəhərində kinoteatr terrorçuluq aktı 377 adamın ölümünə bais olur. -7 Sentyabrda müxalifət quruplarının ümumi tətilə çağırışı Tehranda geniş geniş kütlələr tərəfindən müsbət qarşılanlr. Tətillərdə eyni zamanda siyasi dustaqların azad olunması tələb edilir. 6- Oktyabrda Ayatollah Xumeyni İraqdan Parisə mühacirət edir və üç həftə sonra şaha qarşı qələbəedəcək mübarizəyə çağırır. -31 Oktyabrda neftsənayesi işçiləri işdən əl çəkib, ümumi tətil başlayırlar

.

Onlar maaşlarının artırılmasını tələb edirlər. Şah Tehranda ağır vuruşmalardan bir gün sonra, 6 Noyabrda 10 həftədən bəri mövcud mülki kabineti hərbi hakimiyyətlə əvəz edir. -6- Dekabrda neft senəyesi fəhlələri iran neft sənayesinin böyük sahələrində işi saxlayırlar. -8- Dekabrda Tehranda və digər 11 şəhərdə 6 ay müddətinə hərbi vəziyyət elan edilir. Bir neçə saət bundan sonra başlanan tətildə, deyilənə görə, 250 nəfər öldürülür. -10 Dekabrda milyonlarla adam Tehranda şaha qarşı nümayiş keçirirlər. -14 Dekabrda müxalifət “milli cəbhənin” sədri Kərim səncabi koalisiya hökümətinə daxil olmaq təklifini rədd edir. -29 Dekabrda “milli cəbhənin” sədrinin müavini Şapur bəxtiyar mülki höküməti yaratmağa hazır olduğunu bildirir. -1 Yanvar 1979-cu ildə hərbi hökümətin başçısı general Qolamreza əzhəri istefa verir. -4 Yanvarda şah Şapur bəxtiyarı yeni hökümətin rəhbəri təyin edir

.

Onun partiyası “Milli cəbhə” bundan sonra onu öz sıralarından çıxarır. -10 Yanvarda ABŞ hind okeanına 3 hərbi gəmi gındərir və bununla da iranda böhran vəziyyətində özünün burada olmağını nəzərə çatdırır. -11 Yanvarda Şapur bəxtiyar özünün hökümət proqramında Savakın ləğv edildiyini, siyasi məhbusların azad edilməsini və azad seçgilər keçirilməsini elan edir

.

Xumeyni heç bir bloka daxil olmayan İran islam respublikasının yaradılmasını tələb edir. -12 Yanvarda Şapur Bəxtiyar hökümət naibliyinin yaradıcılığını elan etdi, bu naiblik şahın olmadığı müddətdə taxt-tacı təmsil etməli idi. -13 Yanvarda Xumeyni parisdə mülki höküməti qanunsuz elan etdi. Xumeyni eyni zamanda “islam inqilab şurasının” təşkil edildiyini elan edir. -14 Yanvarda hökümət naibliyinin yaradılması rəsmi olaraq elan edildi

.

Nümayiş zamanı əsgərlər və şaha qarşı etiraz edənlər qardaşlaşırlar. -16 Yanvarda yuxarı və aşağı məclislər (şura və sena məclisləri) Bəxtiyar hökümətinə etimadını bildirir, şahın ölkədən getməsi üçün imkan yaradılır

.

Rəsmi mənbələrin dediyinə görə şah bu gün ölkəni tərk edir və uzunmüddətli məzuniyyətə çıxır. -1 Fevrialda Xumeyni irana qayıdır. Milyonlar həyəcanlı insan onu qarşılayır. -6 Fevrialda Xumeyni hökümət təşkili üçün mohəndis Bazurqanı məmur edir. -11 Fevrialda Bəxtiyarın höküməti süqut edir. Xumeyni, mohəndis Bazurqanın höküməti vaistəsilə dövlət işlərini ələ almağa başlayır

.

Doqtor Əhməd Ümid Yəzdani

(Azər oğlu)

 fevralın 12-si 2019

Berlin

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio