Aygün Sadiq
İkimiz
Sevgi bütün dərdləri həbs eləmiş məhbəsə
Söyləmək istəyirik sevgimizi hər kəsə
Göz-gözə başlamağın ardı nəfəs nəfəsə
Duyğularım nə təmiz

Dodaqlar qovuşanda qəm silinir könüldən
Qolların vücudumda ararkən yenə məskən
Ehtiras dillənəndə mən həmənki tələskən
Sən yenə də səbrsiz