Ah gözəl Təbriz! Sənin hər zaman VƏTƏNƏ, AZƏRBAYCANA pislik edənlərə, düşmən baxanlara, düşmənlik edənlərə, səmimiyyətsizlərə verdiyin cavablarla fəxr etmişik
.
Bu cavabın kimi… İşğalçı Ermənistanın baş naziri Paşinyanı Xocalı soyqırımının ildönümü günlərində İranda, rəsmi Tehranda isti görüşlərlə qarşılayanlara, İslam birliyindən dəm vurub 1 milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən Ermənistan rəsmiləri ilə İranda qucaqlaşanlara, dostluk nümayiş etdirənlərə, qucaq açanlara çox gözəl cavab verdin Təbriz
.
Səni çox sevirik ey əziz Təbriz və Traxtor
!
Sən İranda “Qarabağ ermənilərindir” kimi şüar açan ermənilərə və onun önündə selfi çəkdirib paylaşan Paşinyana da gözəl cavab verdin
.
Qarabağ Azərbaycan torpağıdır və onu mütləq azad edəcəyik, bu məsələdə Bakıdan Təbrizə bütün Azərbaycanlılar birlik içindədir deyərək
!
Var ol Təbriz! İnşallah Qarabağı bir Millət olaraq mütləq azad edəcəyik
.
Qənirə Paşayeva
Quzey Azerbaycan
Millət vəkili