Azərbaycan xalqının vicdanına səslənirəm! / Dr. Faiq ƏLƏKBƏROV

Azərbaycan xalqının vicdanına səslənirəm! / Dr. Faiq ƏLƏKBƏROV
Azərbaycan xalqının vicdanına səslənirəm! Dr. Faiq ƏLƏKBƏROV


Qarabağın, işğal altındakı torpaqlarımızın geri qaytarılması barədə zaman-zaman şaiyə yayanların və həmin şaiyələri mətbuatda verənlərin vicdanları olsa belə etməzlər. Milli dəyəri şouya çevirmək, bunu utanmadan və həyasızcasına etmək şərəfsizlikdir. Hər şeyi, amma hər şeyi şouya çevirdniz yetmədi mi? Qanımız tökülmədən, şəhid və qazi olmadan bir qarış torpağın belə geri qayıtmayacağını bildiyimiz halda, Azərbaycan xalqının vicdanı ilə oynamaq olmaz! Qarabağ Azərbaycan xalqının (güneyli-quzeyli) son vicdan və şərəf yeridir. Bizim Azərbaycan kimi varlığımız və yoxluğmuz Qarabagdan asılıdır. Qarabağ Azərbaycanın gələcəyi, ya da gələcəksizliyi yolunda son açardır

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Bizlər itirilmiş Basarkeçərə, Göyçəyə, İrəvana, Borçalıya, Dərbəndə göz yummaqla çox şeylərimizdən keçmişik. Məncə, Qarabağ son qalamızdır ki, onu da itirmək təhlükəsiylə üz-üzəyik. Daha dogrusu, de-fakto itirdiyimiz Qarabağın de-yure təsdiqinə şərait yaratmaqla vicdanımıza tüpürəcəyik. Bu şayiələr də məhz çirkin niyyətlərə xidmət edir. Yəni Qarabağsız Azərbaycana hazırlamaq üçün bu oyunlar oynanılır. Hətta, bəziləri deyirlər ki, 7 rayon qaytarılsın, Qarabağ onsuz da itirilib. Bədəbəxtlər! Zavallılar

!

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Bəs hanı o milyonlar ki, Avropa Oyunlarında olduğu kimi, bu gün Qarabağ üçün bir araya gəlmir. Axı Qarabağı hər zaman Vicdanımız, Azərbaycanın vicdanı kimi qəbul etmişik. Yoxsa Vicdanımızdan, Azərbaycanın Vicdanı olan Qarabağdan artıq imtina etmişik?! Hanı on minlər, milyonlar ki, onların ürəyi Qarabağ üçün döyünmür. İrəvan, Göyçə, Dərbənd, Borçalı kimi Qarabağada mı arxa çevirək?! Əgər çeviririksə Qarabağ üçün ya oluma, ya da ölümə hazırq mı

?!

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Əslində hamımız öz içimizdə bilirik ki, bu gün Dağlıq Qarabağ və 7 rayonun işğaldan azad olması istiqamətində aparılan işlər nəinki qənaətbəxş deyil, ümumiyyətlə bizlər üçün arzuolunmaz durumdadır. Bütün bunlara baxmayaraq, Azərbaycanda “Qarabağ” deyilən bir anlayış ya işğal günlərində, ya da hansısa görüşlərdən sonra simvolik bəyanatlar zamanı yada düşür. Sadəcə, yada düşür. Sonra da bir neçə cümləlik bəyanat, vəssalam. Halbuki Vətən torpağı param-parçadır, Vətən torpağı düşmən tapdağı altındadır! Hər birimiz hiss edirik ki, Qarabağın taleyinin Zəngəzur, Göyçə, Dərələyəz, Dərbənd, Basarkeçər, İrəvan və digər ellərimizin taleyinə çevrilmək təhlükəsi hər il daha da artır. Hər il özümüzə olan inamımız zərbə altına düşür. Çox şükürlər olsun ki, yalnız Mübaraiz İbrahimov kimi dəyərli övladlarımızın fərdi qəhrəmanlıqları, fədəkarlıqları ümidlərimizin tamamilə sıfıra düşməsinə əngəl olur. Amma nə zamana qədər bu cür nadir qəhrəmanlıqlarla yetinəcəyik?! Nə zamana qədər müstəqil dövlət olduğumuz halda, tarixi torpaqlarımızın tamamına olmasa da, onun dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınan ərazisinə sahib çıxmayacağıq?! Daha doğrusu, torpaqlarımıza çıxmaq borcumuzu yerinə yetirməyəcəyik. Nə vaxta qədər uşaqlarımıza işğal günlərini öyrədəcyik?! Bir qaşıq qanımızdan ötrü mü

….

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Bunun müqabilində Azərbaycan insanı neçə illərdir ümidini, artıq adını belə unutmağa başladığı ATƏT-in Minsk Qrupunun (Rusiya, Fransa və ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçılarının böyük fasilələrlə apardığı danışıqlara bağlamışdır. ATƏT-in Minsk Qrupunun əksər həmsədrləri müəyyən istisnalarla, Azərbaycana münasibətdə yuxarıdan aşağı, yəni aşağılayıcı mövqe tutmuşlar, tutmağa da davam edirlər. Etiraf etməliyik ki, onların bu cür münasibətləri təsadüfi deyildir. Birincisi, məğlub tərəfik. İkincisi, məğlubiyyəti silahla deyil sülhlə çözmək yolunda Ermənistandan daha çox canfəşanlıq edirik. Üçüncüsü, bəlkə də ən əsas odur ki, Qarabağ məsələsində Azərbaycan xalqının iradəsi hər il daha da zəifləmişdir. Kim xatırlayır, axırıncı dəfə Qarabağ üçün meydanlara on minlər nə zaman çıxmışdır?! Məncə, heç olmasa 10 min Azərbaycan insanı Qarabağ üçün meydanlara çıxmırsa, nə ATƏT-in Minsk Qrupunun üzvlərində, nə Türkiyədə, nə İranda, nə də Turanda günahkar axtarmamalıyıq. Hər birimiz bir Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Xankəndi, Ağdərə olmadıqca, hər birimizin ailəsində bu torpaqlar üçün şəhid və qazilər olmadan onları sənə – Azərbaycan insanına nə Rusiya, nə də ABŞ verəcək

.

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Sən isə, Azərbaycan insanı, yalnız Bakını Azərbaycan biləcəksən! Elə biləcəksən ki, Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xankəndi, Ağdərə və başqa torpaqlarımız da Bakıdadır, Bakı da Azərbaycandır. Çünki Bakıda 170 metrlik Azərbaycan bayrağının ucaldığı, Azərbaycanın adı bu anlamda nə zamansa Qərbin Ginnes rekordlar kitabına düşdüyü halda, bir əsgərimiz öz əlləriylə Şuşaya, Xankəndinə Azərbaycan bayrağını hələ qaldıra bilməmişdir. Bir kəndi işğaldan azad etmədən az qala bütün Qarabağı şaiyəylə geri qaytarmaq da Ginnesin rekordlar kitabına düşmək kimi bir şeydir. Bu cür nam Azərbaycan insanına yaraşmaz! Azərbaycan insanı öz qanı və canıyla torpaqlarına sahib çıxmalıdır. O torpağa ki, heç olmasa bədəninin eyiblərini bir gün örtəcəkdir

.

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Biriləri Azərbaycanda şaiyələrlə xalqın vicdanıyla oynadığı, Qarabağı şouya çevirdiyi halda, Ermənistan Rusiyanın və Qərbin yardımıyla işğal altında tutduğu Qarabağ və 7 rayonda yeni məktəblər, kilsələr xəstəxanalar tikir, ya da təmir etdirir. Bax gerçəklik budur! Gerçəklik odur ki, Azərbaycan insanı, sən öz torpaqlarına sahib çıxa bilmirsən! Sənin torpaqlarında ermənilər, erməni kimlilər, xristianlar at yox, tank yox, nə gəldi “oyna”dırlar… Avropadan da bir neçə özləri kimilərini də gətrirlər. Səni çörəklə, işsizliklə imtahana çəkərlər dözərsən. Amma torpaq son şərəf yerindir…Torpağın yoxdursa heç nəyin yoxdur, heç nəyin

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Mən, Sən və O, yəni BİZLƏR şəhid və qazi olmadan Qarabağ düşmən tapdağından azad olmayacaqdır!!! Bəs o zaman nəyi gözləyirik?! Yoxsa, ümid edirik ki, harınlaşmış bir çox məmurların övladları da əsgərliyə getsinlər, ondan sonra müharibəyə başlayaq? Amma bildiyimiz kimi bu heç zaman baş verməyəcəkdir. Çünki Vətən sevgisi torpağın dəyərini pul-parayla dəyərləndirənlərə görə deyil, onu namus və şərəfi kimi bilənlər üçündür… Məmurların əksəriyyətinin işi torpaqlar zəbt edib hasarlar çəkmək və villalar tikməkldir. Sonra da deyirlər ki, o villalar bizim deyil… Villalarına sahib çıxmağa belə cəsarət edə bilməyən məmurların övladlarından əsgər olar mı?! Ona görə də, sabah müharibə başlasa, bütün ədalətsizliklərə, haqsızlıqlara baxmayaraq yenə də cəbhəyə, torpağına namus və şərəf kimi baxanlar gedəcəklər. Onsuz da, zorən vətən sevgisi ola bilməz. Bu anlamda Torpaq, Vətən, El deyəndə ağzında dili, cismində ürəyi yananlar üçün müharibə ölüm deyil, olumdur

Azərbaycan xalqının vicdanına səslənirəm

!

Sonda üzümü Azərbaycan ziyalılarına (o ziyalılara, ki hələ də beləl

ərində ziyalılıq əlamətləri vardır) tutaraq deyirəm ki, Qarabağla bağlı durumun hansı mərhələdə olmasıyla, yayılan şayiələrin Azərbaycan xalqında yaratdığı xoşagəlməz vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək lazımdır. Yəni dövlət başçısından xahiş etmək lazımdır ki, Azərbaycan ziyalılarını qəbul edərək, Qarabağla bağlı son durumu onlarla bölüşsün. Çünki bu gün Azərbaycan xalqının iradəsini İlham Əliyev ifadə edir. Bizlər də bilməliyik ki, Qarabağla bağlı vəziyyət nədir, Qarabağın tezliklə işğaldan azad olunması yolunda dövlət başçısına nə kimi dəstəyimiz ola bilər. Hər halda dünya da bilməlidir ki, Qarabağ məsələsi Azərbaycan ziyalılarını daima narahat etmişdir və etməyə da davam edir. Məncə, indiki durumda buna çox ciddi ehtiyac vardır. Həm də çox

…..

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio