Türkçülük bizim var olma gərəyimizdir /Azeryar Danişver

Türkçülük bizim var olma gərəyimizdir /Azeryar Danişver
Türkçü, cahil olmayan TürkdürAzeryar Danişver
Türkçülük bizim var olma gərəyimizdirAzeryar Danişver

Türkçülük oynadığımız bir oyun deyil

Əski kəndə gətirilmiş yeni bir adət də deyil

Türkçülük həyatın təlatümlü dalğalarında çarəsizlikdən tutunduğumuz nə kol, kosdur nə də geçici bir həvəs

Türkçülük bu günkü həyatımızın gərəyi, vaxtı yetişmiş bir qayıdışdır özlüyümüzə

Zülmətə bürünmüş taleyimizə düşən işıqdır

Zülmətə bürünmüş taleyimizə düşən işıqdır

Türkçülük hər Türkün yaşam arzusudur Yurdunun bitgisinə, canlısına, daşına, insanına duyulan qayğıdır

Türkçülük zülmətin hökmranlıq etdiyi bir dönəmdə Ədalət arayışıdır

Zülmə, haqsızlığa baş qaldırış, cəsarət və zəkanın təzahürüdür

Öz taleinə küsüb, özgələr qarşısında susmamaqdır

Türkçülük, bizim üçün tabutumuz içində yenidən oyanıb dirilməkdir

Türkçülük bizim var olma gərəyimizdir

Türkçü, dabanı çəkilmiş, qoltuğuna qarpuz yerləşdirilmiş havalı bir dəli qanlıda deyil

Özünü itirmək deyil! Tam tərsinə özünə gəlməkdir uzun bir itiş sonrası

Türkçü özündən başqa kimsəni bəyənməyən məncil bir “Narsist” deyil! Həyatı sevməyi özündən başlayan bir Arifdir

Həyatı canı, dünyanı məkanı bilən Aydındır

Gözü açıq olan, duyarlı və yararlı olandır

Türkçü,cahil olmayan Türkdür

Qorxaq olmayan, məsləhətçi olmayandır

Türkçü ölüb dirilməyi başarmış insan; öz külündən yaranmış zümrüd quşudur

Cahil olan ,Türk olubda Türkçü olmayandır

Azeryar Danişver

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio