Vətən istəyirəm torpaqları parçalanmasın!
Vətən istəyirəm səmasını qara buludlar almasın!
Vətən istəyirem iri caynaqlı qartallar yavru quşları parçalamasın!
Vətən istəyirəm ortasında tıkanlı məftillər olmasın!
Vətən istəyirəm silahlar partlamasın!
Vətən istəyirəm orda haqq boğulmasın!
Vətən istəyirəm orda həsrət olmasın! Vətən istəyirəm orda güllər solmasın! Vətən istəyirəm övladları didərgin olmasın !
Vətən istəyirəm…
Mən istəyirəm …
Mən istəyirəm xəyallarin qanadinda ucum Təbriz torpağına …Torpağından çiçək yığıb keçim Bakı səmasına …
Istəyirəm yağış olub vətənimin torpağına səpələnəm…
Istəyirəm günəş kimi vətənimi isindirem…
Istəyirəm arzu olub millətimin ürəyində çiçək açam…
Istəyirəm yarpaq kimi torpağına qarışam…
Istəyirəm qaranlıq gecələr tez bitsin…
Istəyirəm Araz olub dağlarından suzulem…
Istəyirəm deniz olum, ümman olum…
Seyr eyləyim vətənimi..
Mən istəyirəm…Vətənimə , yurduma EDALET istəyirəm …
Xalqıma ,milletime azadlıq istəyirəm ,
rahatlıq isteyirem!!!!