Milli Dəyərlər / Diana Memmedova
Hər bir xalqın özünün milli dəyərləri mövcuddur. Elə bu dəyərlər də məhz xalqın mövcudluğunun göstəricisi, qarantı hesab olunur
.
Bu dəyərlər illərlə xalq tərəfindən formalaşıb cəmiyyətin müəyyən dəyər normalarına tabe olmasını qaydaya salır. Beləliklə hər bir xalqın özünün tarixi, dili, dini, mədəniyyəti özünün sərvəti formasını alır
.
Formalaşmiş dəyərlər sistemi artıq millətin, dövlətin təbliğ vasitəsinə çevrilir. Xalqın tarixi soykökünə dayanan adət – ənənlər, milli dəyərlər nəsildən- nəslə ötürülərək müasir dövrə gəlib çıxır və xalqın kimliyinin göstəricisi olur. Məsələn toy, bayram adət- ənənələri, yas mərasimləri, dini mərasimlər xalqın soykökünə dayanir
.
Doğma Azərbaycanda türk – İslam dəyərlərinə söykənən əxlaq qaydaları mövcuddur. Bizim xalqın milli xüsusiyyətlərində din, ailə müqəddəsliyi, namus-qeyrət anlayışı, ölmək amma düşmənə təslim olmamaq , kimsəyə əl açmamaq, qonaqpərvərlik və sair bu kimi keyfiyyətlər qürur mənbəyi hesab olunur. Bu kimi milli dəyərlər bizim ” Dədə Qorqud’, “Koroğlu ” dastanlarında qürurla təsvir olunur
.
Biz xalq olaraq bu milli dəyərlərimizlə, milli şüurumuzla, milli fikir və düşünclərimizlə kimlik qazanırıq. Kimliyimizi qorumaq da xalqın hər bir fərdinin üzərinə ağır məsuliyyət qoyur. Bunun üçün Azərbaycan övladlarina güclü siyasi və milli iradə, vətənpərvər ruhun aşılanması lazımdır
.
Bu işdə cəmiyyətin hər bir təbəqəsənin öz dəsti xətti və töhfəsi olmalıdır. Ziyali ziyalı kimi öz xalqinin yol göstəricisi olmalı, öz ziyası ilə ölkəsinə fayda verməli, siyasətçi fəaliyyət mərkəzinə millətin dəyərlərini qoymalı, elm adamı millətinin gələcəyini düşünürək hərəkət edərsə, qoyulan hədəfə qısa müddətdə varılar
.
Nəticədə kimliyindən asılı olmayaraq, hər bir vətən sevgisi olan insan bu yolda öz bacarıqlarını ortaya qoymaqla kifayətlənməməli hətta düşüncəsi və amalı etibarı ilə bu sevdanın yolçusu olmalıdır
.
Azərbaycan illərin məngənəsində çox sınağa çəkilsə də, itkiləri çox olsa da öz milli irsini qoruyub saxlaya nadir ölkələrdəndir. Əgər ölkə olaraq milli dövlətçilik irsini möhkəmləndirib düşmənlərimizə qarşı milli gücümüzü, milli ruhumuzu təkrar özünə qaytara bilsək bu vətən , bu millət heç vaxt basılmaz. Salam olsun bu duyğu və düşüncəni nəsildən – nəsilə daşıyan insanlarımıza
!