Salam Vətən
!
Halın çox pisdir, bilirəm. Səni düşmən qarşısında son bükülümə qədər sındırmağa çalışırlar. Səni xəyanətlərlə süsləyib düşmənin qarşısında dəyərini yerə səpələyirlər
.
Övladlarin səni sevdiyi üçün gün işığından məhrum olub. Qollarının zənciri azmış kimi düşüncələri də, sevgiləri də zəncirlənib
.
Gunahimiz səni sevmək olub. Səni düşməndən müdafiə etmək olub. Gör halın nə qədər ağırdır,Vətən! Övladlarının sənə olan sevgiləri belə süngülərlə tənzimlənir
.
Unudaq deyirlər səni. Səsini çıxartma, torpağını istəmə, düşməninə toxunma, haqqını tələb etmə. Səni birdəfəlik səssiz səmirsiz təslim edək, sevgimizi ürəyimizdəcə bogaq
.
Lal-kar, kor, dilsiz- ağızsız olaq. Düşmənlərin də məmnuniyyətlərindən xoşhal olub səni istədikləri kimi düşmənə tapdaq edib ləyaqətini sindirsinlar
.
Bilirəm, doluxsunub dağların, daşların. Dilsiz torpaqların çat- çat olub. Ovladlarin qolu qandallı. Dəmir qandallari sındırmaq nə qədər çətinmiş ilahi
!
Hələ onu sənin qoluna bir nanəcib, xain vurursa, yarası o qədər ağrılı olur ki
!
Dərdimiz çoxdur,Vətənim. Çox doluxsunmuşam. Başımı qoynuna belə qoya bilmirəm ki, sinəndə ağlayım. Dərdləşməyə belə səndə də hal qoymayıblar
.
Gəl dərdlərimizi birlikdə bölüşək, birlikdə ağlayaq,Vətənim
!