Saxta fars şiəliyi və Azərbaycan / Firudin Gilar Bəg

Saxta fars şiəliyi və Azərbaycan / Firudin Gilar Bəg
bizim ən dəhşətli düşmənimiz, öz ailəmizdəki övladlarımızı Allahın adı ilə özümüzə qarşı qaldıran İranın xüsusi kəşfiyyat orqanlarıdır. Firudin Gilar Bəg
Saxta fars şiəliyi və AzərbaycanFirudin Gilar Bəg

Batini-Quran kitabının müəllifi, Sufi-Batin alimi Firudin Gilar Bəg İran-fars şiyəli və onun Azərbaycanala əlaqəsi barədə yazısı cəmiyyətdə olduqca böyük marq doğurub.

SNN NEWS.AZ hörmətli Firudin Gilar Bəgin icazəsi ilə həmin yazını oxucularına təqdim edir.

“Bu yaxınlarda ABŞ Dövlət Departamenti yaydığı hesabatda, İranın dünyanın 40-dan çox ölkəsində 360 terror aktı həyata keçirdiyini bildirib. Bu terrorların Azərbaycanda da keçirilməsi heç kimə sirr deyil. İran terrorunun xaç atası Qasım Süleymaninin ölümündən sonra sosial şəbəkələrdə, Azərbaycanda nə qədər Süleymanini sevən və İran terrorçularına haqq qazandıran təəssübkeşçilərin olduğu meydana çıxdı.

Bir müddət əvvəl İran, Azərbaycan sərhəddində, erməni qəsbkarları tərəfindən işğal olunmuş torpağımızda körpü tikərək istifadəyə verdi. Bu gün bu yolla Ermənistana gecə-gündüz naməlum yüklər daşınır ki, bu da Ermənistanın güclənməsinə xidmət edir. Firudin Gilar Bəg

 

İranda dini tədris keçmiş azərbaycanlıların çoxu az qala öz xalqımızı da İsraildən silah aldığına görə tənqid etməyə başladı. Bu gün yas mərasimlərimizdə İran təhsilli mollaların çoxu, Ermənistanı yox, İsraili lənətləyirlər. Sanki bizim torpaqlarımızı İsrail zəbt edib. Təəccüblü olsa da bu mollalar mərasimlərdə Ermənistan adını tutmamağa çalışırlar. Bu isə o deməkdir ki, İran təhsillilər Azərbaycanın yox, İranın dövlət marağına qulluq edirlər. Başqa sözlə, bəzi İran mollaları ölkəmizdə potensial İran cəsuslarıdır.

 

Bir müddət əvvəl İran, Azərbaycan sərhəddində, erməni qəsbkarları tərəfindən işğal olunmuş torpağımızda körpü tikərək istifadəyə verdi. Bu gün bu yolla Ermənistana gecə-gündüz naməlum yüklər daşınır ki, bu da Ermənistanın güclənməsinə xidmət edir.

Qarabağ müharibəsində İranın da ermənilərə verdiyi ciddi dəstək sayəsində Azərbaycan torpaqları işğal olundu və bunlar artıq heç kimə sirr deyil. İranın Azərbaycana din vasitəsi ilə təsiri bu gün ona gətirib çıxarmışdır ki, dinlə ümumiyyətlə əlaqəsi olmayan gənclərimiz – İranın terror alətinə çevrdiyi fars şiəliyinə əsl İslam kimi baxır və özlərini az qala bu yolda fəda etməyə də hazırdırlar. Bu isə, ölkəmizin gələcəyi üçün çox qorxuludur.

Mən İslamın və ümumiyyətlə bütün dinlərin batini, yəni əsl mahiyyətini bilən bir sufi-batin alimi kimi bildirirəm edirəm ki, bu günkü fars şiəliyin əsl şiəliyə, əsl İslama heç bir aidiyyəti yoxdur. Qurana görə ilk müsəlmanlar – yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub, ilk şiələr də İbrahim və Nuh olmuşlar. Ümumiyyətlə, İslam adlanan din qədim Alban şahlarınln nəsli olan Gilar-Cəlairilərin İsna-Aşəriyə dinidir ki, bunun da yaşı 5500 ildir. Qədim Alban şahlarının və Misir Allahların əcdadı pir Əman, öz fironlar nəslinin ölümsüzlüyü üçün, mənbələrdə Süni (Sünik) kimi də keçən Xelatda Xüld cənnəti yaradır və burada ölümsüz Allaha çevrilir.

 

İranın Azərbaycana din vasitəsi ilə təsiri bu gün ona gətirib çıxarmışdır ki, dinlə ümumiyyətlə əlaqəsi olmayan gənclərimiz – İranın terror alətinə çevrdiyi fars şiəliyinə əsl İslam kimi baxır və özlərini az qala bu yolda fəda etməyə də hazırdırlar. Firudin Gilar Bəg

İsna-Aşəriyə dini də möminlərə cənnətdə ölümsüzlük bəxş edən kamil fəlsəfədir. Mənbələrdə bu cənnət İran dağlarındakı Tilmun/Dilmun (Tilos) cənnəti kimi də keçir. Şumer-Assur mənbələrində xüsusi bildirilir ki, Tilmun cənnətinə düşmək – insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatı sayılır. Başqa sözlə, İsna-Aşəriyə dini, insanların Azərbaycan şahlarına sadiqliyin mükafatı kimi, onların Sünidə yaratdıqları Tilmun/Xüld cənnətinə düşməsi üçün getməli olduqları sadiqlik və möminlik yoludur. Bu yol qədim Misir yazılarında “Qor yolu ilə gedənlər”in yolu adlanırdı ki, Quran da Qor yolu gedən batinilərin müqəddəs kitabıdır.

Batinilərə görə, yaranışdan 5514 il sonra Əvvəldə yaradılmış cənnət işıqda parçalanır və göydəki dünyanın sonu gəlir. Onun yerinə isə ikinci ruhlar dünyası, yəni ikinci İslam yaranır. Quranda bu axirət dövrü – torpaqların dəyişdirildiyi vaxt adlanır. Bu zaman Allah və onun Şərqdəki türk ordusu yerdə ədalət məhkəməsi qurur və dünyanın təxminən üçdə biri, törətdiyi haqsızlığa görə məhv olur. Bundan sonrakı zamandan isə göydə yaranmış yeni dünyaya yalnız, onun yeni sahibinin icazəsi ilə düşmək mümkün olur. Firudin Gilar Bəg

 

Quran – ikili məna, yəni zahiri və batini məna daşıyan kitabdır və batini məntiqi bilməyən insanın Quranı dərk etməsi qeyri-mümkündür. Ümumiyyətlə, bütün qədim yazıların, dinlərin, fəlsəfələrin və s. yazılı və şifahi ədəbiyyatın batini, yəni iç mənaları Azərbaycan Atabəglərinin Xelat-Sünikdə yaratdıqları bu cənnətin vəsfinə həsr olunmuşdur.

Cənnət haqqında ən geniş məlumat verən kitab da təbii ki müqəddəs Quran kitabımızdır. Bu kitabı – cənnətə, onun yaradılmasına həsr olunmuş kitab da adlandıra bilərik. Burada, Allaha yaxın möminlərin cənnətdə əbədi xoşbəxt yaşayacaqları vəd olunur. Lakin burada iki cənnətdən danışılır ki, bunun da birincisi Əvvəldə yaradılmış, ikincisi isə Axırda var olacaq cənnətdir.

Əsl şiəlik ezoterizmdir, metafizikadır və bu şahlar nəslinin fəlsəfəsidir. Bu fəlsəfə həm də İsmailiyə fəlsəfəsi adlanır ki, buradakı bütün rəmzlər göydə var olmuş cənnətin yaradılma texnologiyasına aiddir və qədim Misir kosmoqoniyası ilə eynidir. Firudin Gilar Bəg

 

Batinilərə görə, yaranışdan 5514 il sonra Əvvəldə yaradılmış cənnət işıqda parçalanır və göydəki dünyanın sonu gəlir. Onun yerinə isə ikinci ruhlar dünyası, yəni ikinci İslam yaranır. Quranda bu axirət dövrü – torpaqların dəyişdirildiyi vaxt adlanır. Bu zaman Allah və onun Şərqdəki türk ordusu yerdə ədalət məhkəməsi qurur və dünyanın təxminən üçdə biri, törətdiyi haqsızlığa görə məhv olur. Bundan sonrakı zamandan isə göydə yaranmış yeni dünyaya yalnız, onun yeni sahibinin icazəsi ilə düşmək mümkün olur. Tövrata və Alban mənbələrinə görə yeni cənnət də əvvəlki kimi Alban şahlarının nəslinə əbədi veriləcəkdir.

Bütün bunlar göydə cənnət yaratmış Azərbaycan Atabəglərinin kamil İsna-Aşəriyə dininin fəlsəfəsidir. Bu din mənbələrdə Gelati-Şiə də adlanır ki, bu ismaili şiəliyi, müasir fars şiəliyindən tam fərqlidur və yaradılışla bağlı kamil fəlsəfədir. Əsl şiəlik ezoterizmdir, metafizikadır və bu şahlar nəslinin fəlsəfəsidir. Bu fəlsəfə həm də İsmailiyə fəlsəfəsi adlanır ki, buradakı bütün rəmzlər göydə var olmuş cənnətin yaradılma texnologiyasına aiddir və qədim Misir kosmoqoniyası ilə eynidir. Mən “Batini-Quran” kitabında, Albaniya Atabəglərinin göydə yaratdığı bu ruhlar dünyası və onun yaradılma texnologiyası haqqında geniş məlumat vermişəm.

bu gün İranın təbliq etdiyi şiəliyin əsl İslam dini olan İsna-Aşəriyəyə heç bir aidiyyəti yoxdur. İsna-Aşəriyə dinini, Əflatun kral-filosoflar adlandırdığı qədim Albaniyanın Ərənşahlar nəsli yaratmışlar ki, sonrakı dövrlərdə onlar Azərbaycan Atabəylər Ailəsi adlandı.— Firudin Gilar Bəg

 

Bütün bunlarla onu demək istəyirəm ki, bu gün İranın təbliq etdiyi şiəliyin əsl İslam dini olan İsna-Aşəriyəyə heç bir aidiyyəti yoxdur. İsna-Aşəriyə dinini, Əflatun kral-filosoflar adlandırdığı qədim Albaniyanın Ərənşahlar nəsli yaratmışlar ki, sonrakı dövrlərdə onlar Azərbaycan Atabəylər Ailəsi adlandı. İslamda Əhli-Beyt dedikdə də, ürəklərinə batin elmi verilmiş Azərbaycan Atabəglər Ailəsi və Onların malikanəsi olan Xelat/Gelat nəzərdə tutulmalıdır.

 

Bu beyt özlüyündə üç dünyanı – Allahın yerdəki Mülkünü, Mülkün altındakı Cəbətut aləmini (Sokaris/Qades mağarası) və Mülkün göylərində yaradılmış Mələküt aləmini, yəni cənnəti birləşdirir. Mənbələrdə bu üç ölkə ümumilikdə İqlim adlanır ki, bu da batinilikdə mələk və onun kəlamla yaradılmış dünyası anlamındadır. Biz bu mələkləri – göydə cənnət yaratmış Həsən Sabbahın və Şah İsmail Xətainin məlahi-mülhidləri kimi də tanıyırıq.

 

Yazdıqlarımdan çıxan nəticə odur ki, bu gün İranın terror alətinə çevirdiyi fars islamının, şiəliyinin – pak dininiz olan İsna-Aşəriyəyə heç bir aidiyyəti yoxdur. Fars İslamı – cəhalət və bütpərəstlikdən başqa bir şey deyildir və qədim mənbələrdə, müasir dövrümüz cahiliyyə dövrü adlanırdı. İslam dahilərinin heç birinə elmi izah verə bilməyən bu günkü məntiqsiz, cahil İran ayətullah-mollaları, gəncləri zombiyə və terroristə çevirməkdə çox böyük “nailiyyətlər” əldə ediblər.

 

Bu gün bizim, torpaqlarımızı zəbt etmiş erməni faşistləri kimi düşmənimiz var və biz onlarla sərhəddə döyüşürük. Lakin bizim ən dəhşətli düşmənimiz, öz ailəmizdəki övladlarımızı Allahın adı ilə özümüzə qarşı qaldıran İranın xüsusi kəşfiyyat orqanlarıdır. Artıq gənclərimizin bəziləri İranın dini rəhbəri Xameneynini özlərinə lider seçmiş və onun sözlərinə qulaq asır, onların terrorçularını qəhrəman hesab edərək, ideallarına çevirirlər. Bu isə Azərbaycanın gələcəyi üçün ermənilərdən də təhlükəlidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ – insanların dini savadını artırmaq və KİV-də əsl İslam dini olan Azəri türklərinin İsna-Aşəriyə dinini insanlara çatdırmaq olmalıdır.”

 

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio