Salam olsun sizlərə günahsizkən “günahkar” olan xalqimizin zindandakı Yusifləri
!
Halınızın necə olduğunu fikirləşməyə belə cəsarətim çatmır. Görəsən salamımı almaq üçün taqətiniz varmı? Qandallanmış əllərinizin sizə yazdığım məktubu tutacaq qədər qüvvəsi varmı? Döyülməkdən göyərmiş gözlərinizin yazdıqlarımı oxumağa nuru yetəcəkmi
?
Cızılmış, əzilmiş bədəninizin ağrılarından məktubu axıra qədər oxuyub bitirmək imkanınız olacaqmı? Özünüzü dustaq hesab etməyin. Əslində azad olan sizsiniz. Ruhunuzla, düşüncələrinizlə, davranışınızla, sevginizlə, mərdliyiniz və şərəfinizlə sizlər məndən azadsınız. Amma azad görünən, əslində isə bütün düşüncələri, keyfiyyətləri , hətta danışan dili belə qıfılda olan nə qədər insan məhbus həyatı yaşamağı seçiblər
.
Sizin cisminiz həbsxanadadır, onların isə ruhu. Sizin əlləriniz qandaldadır, onların isə vicdanı
Sizin cisminiz həbsxanadadır, onların isə ruhu. Sizin əlləriniz qandaldadır, onların isə vicdanı. Başınızı dik tutun! Kaş biz qorxaqlar da sizin günahınız kimi günahlara yoluxa bilsəydik. Vətəni sevmək günahı, xalqı azad görmək günahı, haqqın yanında olmaq günahı
.
Amma biz sizin kimi cəsarətli deyilik. Biz cismimiz əzab çəkməsin deyə mənəviyyatımızı öldürmüşük. Ata yolu gözləyən övladlarınız həsrət çəkib göz yaşı tökərkən biz uzaqdan baxıb insanlığımızı öldürmüşük. Millətin yaxşı yaşaması üçün bədəl ödəyən ailələriniz ac qalarkən, gözü doymayan nə qədər yaltaq, məddah yetişdirmişik
.
Bir balaca məktuba sığışdıra bilmərəm sözlərimi. Sizə dastanlar yazılacaq. Buna əmin olun
!
Əgər üzr istəməklə dərdlər bitsəydi mən hamının adından sizdən üzr istəyərdim. Çəkdiyiniz ağrı-acının haqqından necə çıxacağıq ? Ailələrinizin yaşadıqları əzablardan sonra üzlərinə baxmağa üzümüz olacaqmı
?
Arazın o tayındakı həmfikir yurddaslarınız da sizin kimi qandallanıb. Sizin səsinizə səs verdikləri üçün. Onlar da vicdan məhbusu, millət məhbusudurlar. Onlara məktub belə yaza bilmirəm. Çünki ana dilində yazıb oxumaq onlara qadağan edilib
.
Hamınız bu millətdən haray gözləyirsiniz. Amma təəssüf ki, millət sevgisini müdafiə etmək qadağan olunub bu ölkədə. Utanıram, çox utanıram. Sizə məktub yazmaqla yaralarınıza məlhəm tapa bilməyəcəyimi bildiyim üçün. Əzab çəkirəm layiq olmadığınız həyatı yaşadığınız üçün
.
Bir millət olaraq sizi bu vəziyyətə salanlardan hesab sora bilmədiyimiz üçün. Siz məhbus deyilsiniz. Siz mərdliyin, cəsarətin simvoluna yüksəlmiş vətən övladlarısınız. Siz bu ölkənin azadlıq səlnaməsınin yazılacaq səhifələrisiniz
.
Yalvarıram sınmayın! Sizin dik duruşunuzdan nə qədər insan güc- qüvvət alıb təsəlli tapır
.
Bilirəm, sizə təsəlli edecek, sevindirəcək bir xəbər verə bilmirəm. Amma inanıram ki, haqq səsinizi müdafiə edə biləcək qədər güclüsünüz
.
Həzrəti Yusifi zindanlarda saxlayıb bir ölkədə haqqı bərqərar etmək kimi bir məqama yüksəldən Allah, inşallah sizin də qapılarınızı açar. Allah işinizi yüngülləşdirsin, tezliklə dərdlərinizə məlhəm olsun!
Hörmət və ehtiramla Azərbaycan xanımı
!
Diana Memmedova
——————————————–
Haray: Həmid Mənafi bey, Ana Dili Gününü əzizləməye görə sözde islam rejimi tərəfindən tutulmuş və zindana salınmışdır. Həmid bəyin balaca qızı TANAY xanım atasını özləməkdədir