İnsan var ki, yaşadığı hər an dünyaya bəla mənbəyi olar. İnsan da var ki, qısa bir ömrü ilə, öz idealları ilə yaşadığı mühitə , ölkəyə elə bir faydalı yatırımlar , izlər qoyar ki, sevgisi ürəyə, qana hopub nəsillərə gələcəyə ötürülər. Bütün türk dünyasına unudulmaz səlnamələr bəxş edən dahi şəxsiyyət Ə. Elçibəy kimi
.
Onu tanıyan hər kəs onun neçə sadə, hüzn dolu bir həyat hekayəli yaşantısını gözəl bilir. O, öz xalqı üçün bir döyüşçü idi və döyüşə – döyüşə ölkənin ən vacib, məsuliyyətli məqamına layiq ola bildi. Ə. Elçibəy bəziləri kimi xalqın, dövlətin mahiyyətini, hissini belə yaşamayıb hazırına nazir olanlardan deyildi. Hələ Sovetlər Birliyinin qorxunc dövrlərindən milli kimliyini, dövlətin müstəqilliyini idealı olaraq qəbul edərək öz təbliğatını aparan, həbsdə saxlanılan, lakin bir an belə geri çəkilməyən əsl vətənpərvər şəxsiyyət məhz elə ixlaslı olduğu üçün bu arzusuna çatmağı bacardı
.
Xalqı ayağa qaldırıb heç kəsin dağılmasına inanmadığı Sovetlər Birliyindən Azərbaycanın ayrılaraq istiqlal qazanmasına nail oldu. Azərbaycanda ilk demokratik yolla seçilən, dövlətə, millətə layiq olan əsl lider idi Ə.Elçibəy
.
Bəy vəfat edərkən yaşlı nənəmin necə hönkür- hönkür ağladığını görəndə bu insanın necə bir dəyərinin olduğunu dərk etmişdim. Bu sevğidən axıdılan göz yaşlarının səbəbləri çox idi. Amma burda günümüzü əks etdirən çox mühüm bir məqam var idi. İnsanların adam yerinə qoyulmadığı bir ölkədə, yaşlılara belə dəyər verərək ilk dəfə olaraq öz prezidentlərini seçməyə təşviq olunmuşdular. Hər kəs özünü bu ölkənin vətəndaşı, insanı hiss edib seçkidə iştirak etmişdilər və bu yeganə demokratik prezident seçkisi olmuşdu
.
Ə.Elçibəyə qarşı təbliğat aparıb şərləməyə çalışanlar, hər yolla gözdən salıb adını unutduracaqlarını zənn edənlər bilsinlər ki, o,öz sevgi möhürünü beyinlərdə həkk edib, ürəklərdə yaşadır
Biz indi artıq seçkinin mahiyyətini belə düzgün dərk edə bilmirik. Çunki artıq seçki üçün bir nəfərin barmağı kifayət edir. Dövlətin malını yeyib öz məqsədləri üçün havalara sovuranlar bizim sadə, xalqın yolunda can qoyan, həyatını itirən, Bütöv Azərbaycan və Turan sevdalısı kasıb prezidentimizin bir tikə çörəklə kifayətlənməsini lağa qoyurlar
.
Bəli o, xalqın malının zərrəsinə də əl vurmadı. Elə buna görə idi ki, onun prezidentliyi çox qısa çəkdi. O da ölkənin malını işlədib, öz mənafeyi üçün xarici dövlətlərə də pay versəydi, yəqin ki, prezidentliyi uzun müddət davam edərdi. Amma o, bunu etmək şəxsiyyətinə sahib deyildi. Ona görə də nəinki prezidentliyini, hətta həyatını belə itirdi
Yalançı sevgidən, qorxudan baş əyilən heykəllər mütləq zamanı gələndə aşacaq.
.
Azərbaycan Milli Hərəkatinin lideri həyatdan getsə də keçdiyi həyat yolu düşüncələrə elə həkk olub ki, Azərbaycan var olduqca yaşayacaq və davam edəcək. Ə.Elçibəyə qarşı təbliğat aparıb şərləməyə çalışanlar, hər yolla gözdən salıb adını unutduracaqlarını zənn edənlər bilsinlər ki, o,öz sevgi möhürünü beyinlərdə həkk edib, ürəklərdə yaşadır. Özü də dərin guşəsində
.
Elə bir yerdədir ki, siz nə danışmaqla, nə də işgəncə ilə onun adını silə bilməzsiniz. Onun adını sevgi ilə ürəklərimizdə daşıyıb sonrakı nəsillərə ötürəcəyik. Azərbaycanın dəyərli övladının əbədi xatırlanması üçün heykəllər, parklar, bütlər gərək deyil
.
Yalançı sevgidən, qorxudan baş əyilən heykəllər mütləq zamanı gələndə aşacaq. Ə.Elçibəyin isə ürəklərdə yaşayan sevgi abidələri isə daim səmimi göz yaşları ilə anılacaq qədər dəyərli, qiymətli olacaq. Çünki o, öz dəyərini xalqına göstərdiyi xidmətin qusursuzluğu ilə qazanıb. Ürəyində vətən sevgisi olan hər kəs onu qəlbinin ən gözəl küncündə mühafizə edir. Ona görə də təzyiqlərin bu adı silməyə gücü çatmır. Çünki ona qurulan ürəklərdəki heykəl daşdan yox, sevgilərdən ucalıb
.
təzyiqlərin bu adı [Ə.Elçibəyi] silməyə gücü çatmır. Çünki ona qurulan ürəklərdəki heykəl daşdan yox, sevgilərdən ucalıb