Getmə, dayan, məni də gözlə, ay bulud!
Bəsdir uçdum xəyallarda, məni də gizlə ay bulud!
Hələ durma bu ellerdə, bizlərdə yaydır, ay bulud!
Qat məni də buzlarına dünyanı gəzdir, ay bulud!
Asta süzək, yavaş – yavaş, baxaq qara torpaqlara,
Görən niyə ot bitməyib, rəngi qaradır, qap- qara.?!
Bir az dayan, nə gözəldir, bura ki ,tam sıx meşədir
Kaş ki, aslanlar dolaşa, çaqqal çoxşa əndişədir.
Dənizlərin üzərinə sən kölgə sal,
Baxım mən də əksimizə, uşaq kimi qoy sevinim.
Dənizdə gördüyüm mənə, mənə baxıb gülən mənə, istəyirəm əl eyləyim.
Hirslə çırpan ləpələrə, dalğalanan dənizlərə, səmalardan su çiləyim.
Dağ başından keçəndə sən, çox qaralma qurban olum!
Yağdırdığın buzlarınla məni yerə göndərmə sən , qurban olum!
Gəzdir hələ,qaldır məni yüksəkliyə
Qoy gördüyüm deniz olsun,qaya olsun,torpaq olsun.
Çirkablardan uzaq olan cahan olsun.
Gəl enmə sən aşağıya, haqsızlıqdan çox qaralma,
Namərd görüb, şər eşidib, tez tutulub, tez ağlama.
Gəl hirslənmə, endirmə sən şimşəkləri,
Heç ərimə, enmə yerə, səmalarda süzül hələ.