Bir rəngli dünyanı çəkmək istədim / Diana Memmedova

Bir rəngli dünyanı çəkmək istədim / Diana Memmedova
Bir rəngli dünyanı çəkmək istədim Diana Memmedova

Aldım mən əlimə ağappaq kağız
Bir rəngli dünyanı çəkmək istədim
Dünya həm çox böyük, həm də rəngarəng
Öz rəngli dünyamı görmək istədim

 

Fikirlər qarışıq, barmaqlar naşı
Qələmlər yanımda mənlə yanaşı
Çəkmək istəyirəm mən dağı, daşı
Ya da ki, şəlalə sanki göz yaşı

 

Gözlərim dikildi mənim rənglərə
Onlarla bilmədən həmsöhbət oldum
Qara rəng söylədi rəsmini mənimlə rənglə
Bir bax,mən dünyanın əsas rəngiyəm
Torpaq da qapqara, ölüm qapqara
Qara rəng olmasa,olmaz ki dünya

 

Ağ dedi mənsiz heç dünyamı olar
Müdriklik rəmziyəm mən bu dünyanın
Şəffaflıq, təmizlik mənlə boyanar
Bu dünya mənimlə günə oyanar

 

Qırmızı nazlandı ən gözəl mənəm
Sevinc bəxş edirəm, sən məni bəyən
Qan rəngi olsam da sevirlər yaman
Gəl sən mənlə boya itirmə zaman

 

Mavi də dilləndi,mənəm əsas rəng
Səmaya baxanda məni görərsiz
Çağlayan sularda məni süzərsiz
Gözəl dünyanızı mənlə bəzərsiz

 

Sarı dedi dünya mənlə nurlanar
Günəş dəay da baxıb saralar
Ağac da saralar, gül də saralar
Sarıya bürunər bütün çıraqlar

 

Yaşıla boya sən gəl bu dünyanı
Bax,hər yer yamyaşıl, meşə, dağ, dərə
Gözə rahatlığam, beyinə şəfa
Yaşıl bir dünyada gəl sür sən səfa

 

Bəsirət gözlərim açıldı mənim
Yaradan çəkibdir onun rəsmini
Birini rəngləyib, birin soldurur
Bu tablo dünyanı sirlə doldurur

 

Anladım dünyanın böyük rəsmini
Dünya rəngbərəngdir, dünya bir müşkül
Duyaraq rəsmini çəkərsən əgər
Gözündə böyüməz dünya bu qədər

 

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار

  • https://carina.streamerr.co/stream/ozharay
  • Haray Radio