Yarpaqlar titrəyir…
Qorxularından deyil,
Bağlandığı budağı
itirmək əndişəsi…
Bağlılıqdır məlhəmi,
Təzə nəfəs bəxş edən
Yaşıllıqdır
Təmizliyin, sevginin
üzünə çıxan rəngi.
Həyəcandan, sevdadan
asta -asta titrəyər
Agaclara sevgidən
özünü fəda edib
budaqları tərk edər…
Ayrılıq soldurar onu
Ayrılıq qurudar onu
Titrəyislər olmasa da,
Küləklər sovurar onu…
Yenə, yenə
bağlandığı ağacına
ovularaq qida olar…
Artıq əsə bilməsə də,
Bəzək verə bilməsə də,
Köklərinə yapışaraq,
qarışaraq həmdəm olar…