QARABAĞIM VAR İDİ / Aygün Sadiq

QARABAĞIM VAR İDİ / Aygün Sadiq
Mənim də bu dünyada Qarabağım var idiAygün Sadiq
QARABAĞIM VAR İDİ Aygün Sadiq

 

Mənim bir yurdum vardı- dörd fəsildə rəngbərəng

Zaman həmən zamandı, çağlar o çağlar idi

Davaya yollananda əlimdə bircə tüfəng

Bir də evdə xəbərsiz üç uşağım var idi

…

Aygün Sadiq

 

O zaman ölməmişdik, onda bu yurdda vardıq

Dosta dəyər göstərib, düşmənin qovlayardıq

Uşaqkən nə maraqlı oyunlar oynayardıq

Şərtləri qəsdən pozub ağlamağım var idi

… 

Gör necə həsrətdəyəm, sanki çatışmır havam

Gözüyaşlı gözləyir soyuq ocaq, boş yuvam

Mənim orda gör neçə dost-tanışım, əqrəbam

Böyük, barlı-bəhərli, gözəl bağım var idi

…

Biz ölüncə savaşdıq, hər şeyi aldıq gözə

Düşündük qorumasaq, Vətən haramdır biz

İndi məzarım belə sanki dönüb məhbəsə

Bir vaxtlar qoruduğum bir torpağım var idi

. 

Adına həsrət ölən neçə gözdən yaş gələr

Oğul, ruhum inciyir, haçan bu savaş gələr

Hərəyə öz yuvası doğma gələr, xoş gələr

Mənim də bu dünyada Qarabağım var idi

…

Aygün Sadiq

haray
ADMINISTRATOR
PROFILE

یازیلار

سون یازیلار

باش یازارلار

چوخ سئویلن لر

ویدیولار