Bir şair var- sözdə yox, əməldə şair, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, respublikanın əməkdar incəsənət xadimi, 1954-cü ildən AYB-nin üzvü, M.F.Axundov adına ədəbi mükafat laureatı, Azərbaycanın xalq şairi, müstəqil Azərbaycanın “Istiqlal” ordeninə layiq görülən həmin Xəlil Rza- hansı ki, “Azadlığı zərrə-zərrə, qram-qram” istəmədi
,
Azadlığı “qolundakı zəncirləri qırmaqla” almaq istədi
!
NİYƏ
?
Çünki AZADLIQ PAYLANILMIR, azadlıq sədəqə deyil
…
Xəlilə görə, azadlıq- canı qədər sevdiyi türk xalqının böyük sərvəti, başucalığıdır, milli qürurdur
.
1932-ci ildə Salyanda (indi Neftçala- Pirəbbə) dünyaya göz açan gələcək azadlıq mücahidi ilk təhsilini 2 saylı şəhər məktəbində alıb
.
ZİRVƏYƏ
!
İlk şeiri 1948-ci ildə “Kitab”- “Azərbaycan pioneri” qəzetində dərc olunub. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olunub.
Tələbə ikən tanınmış filoloqlar C. Xəndanın, B.Vahabzadənin ədəbi dərnəklərində , Azərbaycanın Yazıçılar İttifaqında M.Ibrahimovun rəhbərliyi ilə təşkil edilən “Gənclər günü” məşğələlərində fəal iştirak edib
.
Elli (50) ci illərdə dövri mətbuatda məqalə və şeirlərlə çıxış edib
.
DAVAM EDƏN UĞUR
lli Dörd (54) cü ildə AYB-yə üzv seçilir. 1957-ci ildə “Bahar gəlir” adlı kitabı çıxır
.
Xəlil Rza, Xəlil Odsevər imzası ilə yazır
.
Sonra Moskvaya ikiillik kursa göndərilir. Həmin elmi mühitdə rus ədiblərinin yaradıcılığı ilə tanış olur, ədəbi və elmi təcrübəsini artırır
.
Müxtəlif görüşlər keçirir, Şoloxov və N.Hikmətlə görüşür
.
Min doqquz Elli Doqquz (1959) cu ildə Bakıya dönən gənc şair Azərbaycan Dövlət Pedaqoji İnstitunda aspirant təhsili alır
.
“Müharibədən sonrakı Azərbaycan ədəbiyyatında poema janrı “adlı dissertasiya işini uğurla müdafiə edərək elmlər namizədi dərəcəsini alır və institutda pedaqoji kadr kimi saxlanılır
.
ANLADIM Kİ, ANA DİLİM
ÜRƏYİMDƏN ÇIXMAZ MƏNİM
…
Xəlil Rza ana dilinin saflığını üstün tutmuş, bu barədə çox ciddi fikir yürütmüş, addımlar atmışdır
.
“ZİYANKAR” TÜRK
Fəqət, onun yüksəlişi bəzi qüvvələri narahat etməyə başlayır. Hətta türkçü şeirlərini oxumağa belə, qorxurmuşlar. Axı Xəlil dövr üçün çox dəhşətli, ölüm saçan fikirlər qoyurdu ortaya- qorxmadan, çəkinmədən, göz görə-görə antisovet təbliğatı aparırdı! Təsəvvür edirsiniz mi: Sovet imperiyasının hökmranlığının uğurla sürdüyü, “çiçəkləndiyi” bir vaxtda antiimperiya təbliğatı etmək! Yazıçı S.Rüstəmxanlının söylədiyinə görə, o kürsüyə qalxanda durub salonu tərk edirmişlər, antisovet çıxışlarına dəlilik adı verilirmiş, yolunda ciddi maneələr yaradılırmış. Nəhayət, institutdan çıxarılır. UĞUR TƏQİB EDİR Amma AMEA-nın Nizami adına ədəbiyyat institutuna gətirilir. Ədəbi, türkçü fəaliyyətini burda da davam və inkişaf etdirən Xəlil artıq çoxdan əzilən xalqın sevimli şairinə çevrilmişdi. Artıq “Uzun sürən gənclik”, “Məndən başlanır Vətən”, “Davam edir 37” kimi məşhur kitablar xalq arasında tanınır, sevilirdi. XALQ ƏYİLMİR 90-cı illərin sonlarında artıq siyasi iradəcə zəif M.Qorbaçovun artıq süquta doğru gedən qəddar imperiyasını qorumaq cəhdlərinin təzahürü kimi HAMİMIZIN BİLDİYİ, XALQIN ISTİQLAL SAVAŞI, MİLLİ İRADƏSİNİN TƏCƏSSÜMÜ OLAN HADİSƏLƏR YAŞANDI. Xalq artıq boyunduruq istəmir, cəsarətlə sözünü deyir, meydana axışırdı
…
CƏSUR XALQIN CƏSUR ŞAİRİ
Belə bir vaxtda Xəlil xalqın yanında olur. Əcnəbi jurnalistlərə müsahibələr verir, məkrli sovetin murdar niyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışır, türkün əsla kölə olmadığını, bundan sonra da olmayacağını böyük tribunadan səsləndirir
.
Yetər, meydan suladılar
Yurdumuzu taladılar
Bakımızı əzizləyək
Əqrəblərdən təmizləyək
Şölə versin bu ləl-mərcan
–
Ermənisiz (!) AZƏRBAYCAN
!
ŞƏHİD ATASI
!
Xəlil kimi şairin evində dünyaya gələn oğul övladının Qarabağ savaşı iştirakçısı və qəhrəmanına çevrilməsindən təbii nə ola bilərdi? Və o , həsrətini çəkdiyi, 200 illik əsarət yaşayan o taylı Təbrizi xəyalən Bakı ilə qovuşduraraq oğlunun adını da Təbriz qoymuşdu
:
Mən öz Təbrizimlə bu gün yan-yana
Keçirəm Bakının küçələrindən
!
DAVAM EDİR 37
…
İmperiyaya zidd getmək olmazdı. Səhv edən başlar vurulur, dillər kəsilirdi
…
Min Doqquz yüz Doxsan (1990) cı ildə DTK tərəfindən həbs olunaraq Lefortovo həbsxanasına göndərilən türkçülük fədaisini 8 aylıq həbs müddətində heç bir təhdid, sorğu, təzyiq əyə bilmir
.
“Lefortovo gündəliyi” və 200-dən çox şeirini həbsdə yazır. Həbsdə şəkər xəstəliyi tapan şair bir aylıq istintaq sonrası qatarla Bakıya gətirilir
.
GÜNƏŞ DOĞDU
Vətən üçün bir an belə qələmi susmayan, qələmi silah kimi iti olan fədakar şairin artıq səhhəti zəifləyir. Azərbaycan dövləti tərəfindən xaricə müalicə üçün göndərilir, ürəyindən əməliyyat olunur
.
Vətənə dönən şairin səhhəti yenidən pisləşir
.
CİSMƏN AYRILIQ
Artıq təəssüf ki, illərlə sürən fasiləsiz ədəbi yaradıcılıq, gərgin zehni fəaliyyət onun sağlamlığını əlindən almışdı
…
Bakıda kardiologiya instutunda müalicə alan böyük türkçü şair 1994-cü ili yayında aramızdan cismən ayrılır. Xalqın sevgisinin
müşayiəti ilə, izdihamla Fəxri Xiyabanda dəfn olunur
…
SONRA
Xanımı Firəngiz xanımın təşəbbüsü ilə, ümummilli lider H.Əliyevin göstərişi əsasında onun sonrakı yazıları işıq üzü görür
…
Biz- Türküstan elləriyik
Qeyrət, qüdrət selləriyik
Daşnakları qovan bizik
Dar gözləri ovan bizik
!
Xəlil Rza bu gün də enerji olaraq bizimlədir, bizi hələ də ermənini qovmağa, qeyrət təcəssümü olmağa, birliyə, azadlığa, adımıza layiq olmağa səsləyir